Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran tərəfindən vurulan Ukrayna təyyarəsində 4 azərbaycanlı olub

İrana etiraz...

Ötən günlərdə Tehranda İran ordusu (SEPAH) tərəfindən raketlə vurulan Ukraynaya məxsus “Boinq 737” tipli sərnişin təyyarəsində həlak olanlardan 4-ü Güney Azərbaycanın Xoy şəhərindəndir.

PİA.az xəbər verir ki, Xoy şəhərindən olan sakinlər sosial şəbəkələrdə çağırış mətni yayaraq, günahsız həmyerlilərinin təyyarədə həlak olması ilə bağlı etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Mətndə qeyd edilir:

“Sərnişin təyyarəsinin SEPAH tərəfindən vurulması nəticəsində dörd həmyerlimiz həlak olub. Bu məqsədlə Xoy şəhərinin mərkəzinə toplaşaraq dinc etiraz aksiyası keçirərək, bu faciədə məsuliyyət daşıyanların məhkəməyə çıxarılmasını tələb edəcəyik. Bundan əlavə təyyarə faciəsi qurbanlarının xatirisənə şamlar yandırılacaq”.

Əlavə edək ki, yanvarın 8-də Tehran-Kiyev reysini həyata keçirən Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsi İran ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olub. (Teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar