Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ötənilki dövlət büdcəsində 205 milyon manat kəsir yaranıb

2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin mədaxili 23,168 milyard manat proqnoza qarşı 24,2 milyard manat, məxarici isə 25,19 milyard manat proqnoza qarşı 24,405 milyard manat təşkil edib...

PİA.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə məlumat verib.

"Beləliklə, büdcə gəlirləri 104,5%, büdcə xərcləri isə 97% icra olunub. Son nəticədə büdcənin kəsri 2,022 milyard manat proqnoza qarşı cəmi 205 milyon manat (təxminən 90%) təşkil edib. Bu da onunla bağlıdır ki, vergi-gömrük orqanları büdcə daxilolmaları üzrə proqnozları artıqlaması ilə yerinə yetirib, eyni zamanda büdcənin bəzi xərc istiqamətlərində qənaət edilib.

Mən ilk növbədə büdcədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna transfertlərin məbləğini qeyd etmək istərdim. Biz bu məbləği 150 milyon manat azaltmışdıq, amma ilin yekununda hətta 180 milyon manatlıq qənaət əməl gəlib. Bu da sosial sığorta haqlarının yığılmasında böyük dönüşün yaradılması ilə bağlıdır", - deyə nazir qeyd edib. (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar