Çərşənbə, 29 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bakıda “Vətənpərvərlik kinosu həftəsi”nə start verilib

20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik kinosu həftəsi” keçirilir...

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə milli müstəqilliyimizin bərpası istiqamətində mühüm səhifə olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik kinosu həftəsi” keçirilir.

PİA.az AzərTac-a istinadən xəbər verir ki, yanvarın 17-dək keçiriləcək kino həftəsi çərçivəsində vətən yolunda canlarını fəda edən Azərbaycanın Milli qəhrəmanlarına və onların döyüş yoluna həsr edilmiş filmlər göstəriləcək və yaradıcı heyətlə görüş olacaq.

Yanvarın 13-də Binəqədi Mərkəzi Mədəniyyət evində Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidova həsr olunmuş “Aprel yüksəkliyi” filmi (rejissor Zamin Məmmədov), Müşfiqabad qəsəbə Mədəniyyət evində Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynova həsr olunmuş “Nakam tale” filmi (rejissor Taleh İsmayılov), Nardaran qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmova həsr olunmuş “Mirpaşa” filmi (rejissor Emin Əfəndiyev) nümayiş olunub.

Film nümayişləri dövlət himninin səslənməsi ilə başlanıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində təqdim edilən filmlərin nümayişi Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən müxtəlif mədəniyyət müəssisələrində baş tutacaq.

Filmlərə giriş sərbəstdir.

Qeyd edək ki, artıq üçüncü ildir həyata keçirilən bu layihənin əsas məqsədi əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli qəhrəmanlarını gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

pia.az

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar