Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələcəyi görən divar yazısı: “Seçkilər nəyisə dəyişə bilsəydi, qadağan olunardı”...

2019-cu il heç nəyi dəyişə bilməyən demokratiyanın ili oldu. “Seçkilər nəyisə dəyişə bilsəydi, qadağan olunardı” deyən 1968-ci il tarixli divar yazısı bu gün həmişəkindən daha aktualdır...

Denis MacShane
“The Independent” qəzeti, 10 yanvar 2020-ci il

Son 300 ildə kütləvi xalq hərəkatları, etiraz aksiyaları və xalqların səsvermələri nəticəsində dünya dəyişdi. Amma artıq elə deyil. Görünür, dəyişiklik əldə etməyin köhnə üsulları artıq işə yaramır.

2019-cu il yürüşlər, mitinqlər və nümayişlər ili oldu və daha sonra da çox sayda insan səsvermələrdə iştirak etdi. Lakin heç nə dəyişmədi. Londonu və digər şəhərləri qarışdıran Yox Olma Üsyanının etirazçılarına, demək olar ki, bütün əhalinin küçələrə axışıb Pekindəki kommunist liderlərdən demokratik hüquqlar tələb edən Honkonqa, Livandakı toplu nümayişlərə, Nadendra Modinin müsəlmanlar əleyhinə apardığı milliyətçi siyasətlərə və hindu radikallarına qarşı Hindistanda keçirilən mitinqlərə baxdıq elə görünür ki, sanki, gənc dünya hərəkətdədir və daha çox demokratiya tələb edir. Lakin bütün bunlara baxmayaraq, geridə buraxdığımız ili hazırki sistemi müdafiə edənlərin nəzarəti ilə başa vurduq.

Putin əleyhinə keçirilən nümayişlərdə minlərlə rus istintaqa cəlb olunub, Paris əvvəlcə “Sarı Jiletlilər”in nümayişləri ilə, indi də böyük nəqliyyat tətilləri ilə silkələnir və 1 milyon insan BREXİT-də son qərarı vermək üçün küçələrə axışaraq London tarixinin ən böyük 2 yürüşünü həyata keçiriblər. Lakin Rusiyanı, Fransanı və Britaniyanı idarə edən adamlar dəyişməyib və hələ də sərt nəzarətlə hakimiyyətlərini qoruyurlar. Hindistan, Cənubi Afrika, İspaniya, Polşa, Avstraliya, İsrail, Danimarka və İsveçrədə də önəmli seçkilər keçirilib, lakin seçicilər səsverməyə getdikdə çox sadə şəkildə indiki sistemi seçdilər.

Avropa Parlamenti də bir səsvermə həyata keçirib, amma siyasi qrupların da guya bir “Spitzenkandidat”, yəni sol, mərkəzi sağ və ya liberallar arasındakı seçiciləri hərəkətə keçirmək üçün bir lider fiquru çıxarmaq arzusu da fiaskoya uğrayıb. Seçkilər başa çatdıqda avrokratlar (AB nümayəndələri üçün istifadə olunan bir söz) və milli hökümətlər rəhbərliyi ələ alaraq Avropa Komissiyası, Avropa Mərkəzi Bankı, AB Xarici İşlər Xidməti və Avropa Parlamentinin rəhbərliyinə milli hökümətlərin məsləhət gördüyü və AP seçkilərinin heç bir səs xəritəsində adı çəkilməmiş siyasətçiləri gətirdi. Onlar avropalı seçiçiyə göstərdilər ki, bu şounu idarə edən yenə də Avropanın milli dövlətləridir.

“Seçkilər nəyisə dəyişə bilsəydi, qadağan olunardı” deyən 1968-ci il tarixli divar yazısı bu gün həmişəkindən daha aktualdır.

Bu şəxsləri tənqid edən şərhçilər və analitiklər bizə solun bitdiyini, bəzilərinin xəyal etdiyi “liberal dönəmin” başa çatdığını və yerini populist kimlik siyasətinə verəcəyini bildirirlər. Bəziləri də seçki sistemlərinin günahkar olduğunu önə sürür. Lakin 2019-cu ildə dünyada bir çox səsvermə sistemindən istifadə edilib və hamısı da eyni nəticəni verib.

Dəyişiklikdən narahat olan seçicilər yeni bir başlanğıc və ya ənənəvi düşüncəyə meydan oxuyan heç bir siyasi təklifə güvənmirlər. İntellektualların yeni və güclü fikirləri ilə başlayan, nümayiş, tələb və digər səfərbərliklərlə kampaniyalara çevrilən və nəhayət, partiyalar tərəfindən mənimsənilən ya da yeni siyasi hərəkatlara, hətta partiyalara yol açan dövr sona çatıb.

Varlı xeyriyyəçilər tərəfindən maliyyələşdirilən bir çox düşüncə təşkilatı var. Lakin yenə də onların enerjiləri, konfransları, sənədləri və mediadakı köşə yazıları heç bir nəticə verməməklə yanaşı, həm də səslər və hökümət siyasətləri üzərindəki təsirləri də get-gedə azalır.

Beynəlxalq Əmək Təşkilatı (ILO) və NATO kimi beynəlxalq təşkilatlar 2019-cu ildə 100-cü və 75-ci illərini qeyd edib, lakin artıq Britaniya, ABŞAvropanın əksəriyyəti və digər yerlərdə (qorunma altında olan ictimai sektordan başqa) sindikatsızlaşdırma bir normaya çevrilərkən işçilər də heç bu qədər zəifləməmişdi. Digər tərəfdən Vladimir Putin NATO-nu kənarlaşdırarkən, Donald Tramp təşkilatı necə aşağı gördüyünü çətinliklə gizlədir.

Dünya höküməti arzusu, yəni Alfred Tennisonun 150 il əvvəl irəli sürdüyü “insanların parlamenti, dünya federasiyası” missiyası, görünür, hələ çox uzaqdadır.

2019-cu illə birlikdə 1945-dən bu yana ən az irəliləyiş əldə olunan 10 ili geridə qoyduq. Demokratik inkişafın sürəti azalıb. Küçələri doldurmağın və səs verməyin heç nəyi dəyişdirmədiyini görürük. Bəs bizi indi nə gözləyir? Bu sualın cavabını qarşıdakı 2020-ci illərdə tapmalıyıq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar