Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviyada Türkiyə-Rusiya atəşkəsi - Bu atəşkəs uzun müddət davam edəcək?

Politoloq: “Liviyada yaşanan vətəndaş müharibəsi qlobal müstəviyə qalxıb”...

ABŞAvropa tərəfindən Rusiya və Türkiyənin ortaq şəkildə Liviya məsləsində aktiv olması və birgə hərəkəti təbii ki, narahatlıqla qarşılanır və çalışılacaqlar ki, marşal Haftarı öz tərəflərinə çəksinlər”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Liviyada elan edilən atəşkəsin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın tabeliyindəki qüvvələr Türkiyə və Rusiyanın atəşkəslə bağlı birgə çağırışını qəbul edib. Atəşkəsin əldə olunması barədə xəbər paytaxt Tripolidə böyük sevinclə qarşılanıb, atəşfəşanlıq olub.

Liviyanın legitimliyi beynəlxalq səviyyədə tanınan, BMT-nin dəstəyi ilə paytaxt Tripolidə yaradılmış Milli Birlik Hökumətinin (MBH) Nəqliyyat Nazirliyi ölkənin dünya ilə yeganə əlaqə vasitəsi olan Mitiqa hava limanını yenidən aviareyslər üçün açıq elan edib.

Qeyd edək ki, ötən həftənin çərşənbə günü İstanbuldakı görüşdən sonra Rusiya və Türkiyə prezidentləri - Vladimir Putinlə və Rəcəb Tayyib Ərdoğan Liviya münaqişəsinin bütün tərəflərini yanvarın 12-də gecə yarısından döyüş hərəkətlərini dayandırmağa çağırıblar. Xəlifə Haftarın koomandanlıq etdiyi Liviya milli ordusu atəşin dayandırılması barədə Rusiya və Türkiyənin təşəbbüsünü rədd edib. Lakin daha sonra Putinin Ərdoğanla telefon danışığından sonra Moskva komandana təzyiqləri artırıb və Haftar atəşkəsə razılıq verib. Daha sonra isə bu gün tərəflərin Moskvada görüşəcəyi bəlli olub. Rusiya Xarici İşlər Nazirliyi bu gün Liviya Milli Razılıq hökumətinin rəhbəri Faiz Sarac və ordu qüvvələrinə rəhbərlik edən general Xəlifə Haftar arasında Moskvada görüş keçiriləcəyini təsdiqləyib.

Xatırladaq ki, Sarac bazar günü Türkiyədə səfərdə olub, bu gün isə Moskvaya gedəcək. Haftarın artıq Moskvada olduğu bildirilir. Bu gün, həmçinin Türkiyənin Milli müdafiə naziri Hulisi Akar da Moskvaya səfər edəcək.

Türkiyə və Rusiyanın Liviyada hakim mövqe sərgiləmələri digər beynəlxalq güclərin, o cümlədən ABŞ, Avropa Birliyi, İsrail və ərəb dünyası tərəfindən həzm ediləcəkmi və bu atəşkəs uzun müddət davam edəcək?

Mövzunu PİA.az-a əməkdaşı Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Türkiyə Liviyada güc ortaya qoydu və Moskva bununla barışmalı oldu”.

Maraqlı ölkələrin Liviyada Rusiya və Türkiyə birgə oyunun pozmaq üçün elan olunan atəşkəsi poza biləcəklərini düşünən politoloq PİA.az-az açıqlamasında əlavə edib ki, Ərəb ölkələri və Qərbin bu istiqamətdə fəaliyyətlərində geniş təcrübələri var:

“Liviyada yaşanan vətəndaş müharibəsi qlobal müstəviyə qalxıb. Burada iki tərəf arasında müharibə böyük güclərin maraqlarının toqquşmasına gətirib. Liviyada əsasən AvropaABŞ ,Rusiya ciddi maraqlı tərəfdirlər. Göründüyü kimi hazırda proseslər iki tərəf arasında gedir. Bura Türkiyə və Rusiya daxildir. Türkiyə Liviyanın BMT tərəfindən tanınan hakimiyyətinə bütün lojistik dəstək verir. Liviya Milli Ordusunun feldmarşalı Haftarı isə Rusiya və Misir bir neçə ərəb ölkəsi dəstəkləyir.

BMT tərəfindən tanınan Sərrac hakimiyyəti beynəlxalq hüquqa uyğun olaraq Türkiyə ilə razılaşmalar imzalayıb və Ankara öz hərbi təlimatçılarını Liviyaya göndərib. Burada da Türkiyə rəsmən iştirakçı tərəfidir. Amma Rusiyanın burada rəsmən iştirakı olmasa da, “Vaqner” muzdlu döyüşçüləri vasitəsi ilə qeyri-rəsmi iştirak edir. Üsyançı Haftrala mərkəzi Sərrac hökuməti arasında Türkiyə və Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması əldə olundu. Moskvada da danışıqlar gedir və göründüyü kimi Türkiyə və Rusiya Liviya məsələsində də ortaq məxrəcə gələ bildilər. Çünki, Türkiyə Liviyada güc ortaya qoydu və Moskva barışmalı oldu.

Məhəmməd Əsədullazadə: “Suriyada olduğu kimi Liviyada da kövrək atəşkəslə başlanmış razılaşmaların davamlı və siyasi sabitliyə gəlməsi üçün Ankara-Moskva ciddi şəkildə danışıqlar aparacaqlar”.

Bundan əlavə, ABŞAvropa tərəfindən Rusiya və Türkiyənin ortaq şəkildə Liviya məsləsində aktiv olması və birgə hərəkəti təbii ki, narahatlıqla qarşılanır və çalışılacaq ki, marşal Haftarı öz tərəflərinə çəksinlər.

Bu istiqamətdə fəaliyyət göstərəcəklər və hesab edirəm ki, buna nail ola bilməyəcəklər. Amma, maraqlı ölkələrin burada Rusiya və Türkiyə birgə oyunun pozmaq üçün əlavə silahlı dəstələrə stavka edib, sabitliyi poza bilərlər. Ərəb ölkələri və Qərb bu istiqamətdə fəaliyyətlərində geniş təcrübələri var. Suriyada olduğu kimi Liviyada da kövrək atəşkəslə başlanmış razılaşmaların davamlı və siyasi sabitliyə gəlməsi üçün Ankara-Moskva ciddi şəkildə danışıqlar aparacaqlar.

Qeyd edim ki, bu planı pozanlar dövriyyədədilər və Liviyanı iki ölkə arasında nüfuz dairəsinə bölünməsinə razılaşmayacaqlar”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar