Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abxaziyada tez-tez baş verən “məxməri inqilab”lar - Rusiya niyə buna imkan verir?

Rusiyanın tam nəzarətində olan tanınmamış Abxaziya Respublikasında hakimiyyətin xalq çevrilişləri ilə dəyişməsi artıq bir ənənə halını almaqdadır...

Politoloq: “Yəqin ki, biz Abxaziyada növbəti prezident seçkilərinin şahidi olacağıq”.

“Abxaziyada xaotik vəziyyətin yaranmaması üçün Moskva tərəfindən belə bir qərar verildi”.

Bu sözləri politoloq Zaur Məmmədov dünən Abxaziyada baş verən növbəti “məxməri inqilab”ı və nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Abxaziyada növbəti “məxməri inqilab” baş verib. Ali Məhkəmə müxalifətin etirazları fonunda ötən ilin payızənda keçirilən prezident seçkilərini qanunsuz elan edib və yeni seçkilərin vaxtının təyin edilməsini Mərkəzi Seçki Komissiayısının qarşısına tələb kimi qoyub. Öz növbəsində Abxaziya MSK yeni seçkiləri martın 22-nə təyin edib. Dünən axşam saatlarında isə qondarma Abxaziya Respublikasının prezidenti Raul Hacimba istefa verdiyini açıqlayıb. Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov dünən Abxaziyaya gəlib. Belə güman olunur ki, daha əvvəl istefa verməkdən imtina edən Hacimba məhz Surkovla görüşündən sonra istefa verməyə razılıq verib.

Qeyd edək ki, Rusiyanın tam nəzarətində olan tanınmamış Abxaziya Respublikasında hakimiyyətin xalq çevrilişləri ilə dəyişməsi artıq bir ənənə halını almaqdadır.

Ümumiyyətlə Abxaziyada tez-tez baş verən “məxməri inqilab”ların əsasını nə təşkil edir və bu inqilabları klanlararası savaş olaraq dəyərləndirmək olarmı? Maraq doğuran digər məsələ də odur ki, hər zaman “məxməri inqilab”lara qarşı olan Rusiya hansı səbəbdən tam nəzarətində olan separatçı bölgədə tez-tez “məxməri inqilab”ların baş verməsinə icazə verir və Rusiya bu inqilabları tam nəzarətində saxlaya bilirmi?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Abxaziyada klanlar arasında mübarizə davam edəcək”.

Abxaziyada klanlararası mübarizənin 2008-ci ildə Gürcüstanla Abxaziya arasında olan müharibədən sonra daha da geniş vüsət aldığını xatırladan politoloq PİA.az-a açıqlamasında bildirib ki, bölgənin iqtisadiyyatına nəzarət edən bu iki klan arasında mübarizə özünü seçkilərdə də göstərməkdədir:

“Abxaziyada çoxdandır ki, iki və ondan artıq klan arasında siyasi hakimiyyət uğrunda mübarizə gedir. Təbii ki, onlar arasında çəkişmə 2008-ci ildə Gürcüstanla Abxaziya arasında olan müharibədən sonra daha da geniş vüsət aldı. Bölgənin iqtisadiyyatına nəzarət edən bu iki klan arasında mübarizə özünü seçkilərdə də göstərməkdədir.

2019-cu ilin sentyabr ayında keçirilən prezident seçkilərində cəmi bir faiz səslə qalib gələn Raul Xaciba müxalifət dairələrin fikirincə legitim yolla seçilməmişdir. Müxalifət arada fərqin az olmasını əsas gətirərək və məhkəmənin də prezidentin leyhinə qərar çıxaracağını görərək prezident sarayına hücum etmişdilər. Həmçinin tərəfdarlarını da küçələrə çıxarmışdılar.

Təbii ki, Moskva Abxaziyada baş verən hadisələri yaxından izləyir. Məhz Rusiya Daxili İşlər nazirinin Suxumiyə səfərindən sonra belə qərara alındı ki, Raul Xaciba istefa verməlidir. Yəqin ki, biz Abxaziyada növbəti prezident seçkilərinin şahidi olacağıq. Hər-halda bu o demək deyil ki, Abxaziyada klanlar arasında mübarizə səhmana salınacaq. Abxaziyada klanlar arasında mübarizə davam edəcək.

Bu dəfə Abxaziyada xaotik vəziyyətin yaranmaması üçün Moskva tərəfindən belə bir qərar verildi”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar