Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qalatasaray”ın Nigeriyalı oyunçusu malyariyaya yoluxub

"Monako" futbol komandasının hücumçusu, "Qalatasaray"da icarə əsasında çıxış edən Henri Onyekuru malyariyaya yoluxub

Bu barədə “Report” Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

"Müəyyənləşib ki, bizim komandamızın oyunçusu Henri Onyekuru müqaviləmizdən əvvəl məzuniyyətə getdiyi Nigeriyada – öz vətənində malyariya virusuna yoluxub. Futbolçunun sağlamlıq vəziyyətinin tibbi müayinəsi vaxtı xəstəliyin əlamətlərini göstərən heç bir əlamət aşkar edilməmişdi. Oyunçu özü bir gün əvvəl müşahidə edilən yüksək temperaturun səbəbini aşkar etmək üçün müayinədən keçməkdə təkid edib.

Müalicə beynəlxalq protokollar, həm də Səhiyyə Nаzirliyi tərəfindən göstəriş verilmiş protokollarla yüksək diqqət altında aparılır. İctimaiyyətə müalicə prosesinin gedişi və oyunçumuzun sağlamlıq vəziyyəti haqqında məlumat veriləcək", - "Qalatasaray"ın açıqlamasında deyilir.

Qeyd edək ki, "Qalatasaray" "Monako"nun futbolçusunu bu ay transfer edib. İyirmi iki yaşlı hücumçu mövsümün sonunadək icarəyə götürülüb. Nigeriyalı hücumçu "Monako"ya ötən ilin yayında İngiltərənin "Everton" klubundan 13,5 milyon avroya keçib.

pia.az


Etiket: Qalatasaray


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar