Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda problemli kreditlərin həcmi azalıb

2019-cu ilin noyabr ayında problemli kreditlərin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz (278,3 milyon manat) azalaraq 1,41 milyard manat olub...

Bank sektorunun və qeyri-bank kredit təşkilatlarının ümumi kredit portfeli 20,3 faiz artaraq 15,12 milyard manat təşkil edib.

Verilmiş kreditlərdə dövlət banklarının payı 2,51 milyard manat (ümumi portfelin 16,6 faizi), özəl bankların payı 12,23 milyard manat (80,9 faiz), bank olmayan kredit təşkilatlarının (QBKT) payı isə 370,9 milyon manat (2,5 faiz) olub.

2019-cu ilin noyabr ayında milli valyutada verilən kreditlərin həcmi 9,8 milyard manat (2018-ci ilin noyabr ayı ilə müqayisədə 24,2 faiz artım), bankların kredit portfelindəki payı isə 64 faiz təşkil edib.

5,32 milyard manat ekvivalenti həcmində kreditlər xarici valyutada 35 faizlik göstəricisi ilə (2018-ci ilin noyabr ayına nisbətən 5,3 faiz artım) verilib.

Qısamüddətli kreditlərin həcmi milli valyutada 1,608 milyard manat, xarici valyutada isə 1,35 milyard manat olub. Uzunmüddətli kreditlərin həcmi 8,141 və 3,967 milyon manat təşkil edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar