Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ beynəlxalq nüfuzunu itirir: Ağ Ev isə situasiyanı “savaş imitasiyası” ilə dəyişməyə çalışır

Avropa ölkələri başqa dövlətlərin, məsələn, ABŞ və ya İranın davranışları ucbatından baş verə biləcək müharibəyə bulaşmağa, ondan zərər çəkməyə qətiyyən həvəsli deyillər...

Bütün bu dövr ərzində dəfələrlə gərginlik maksimum həddə qədər yüksəlib. ABŞ İrana qarşı maliyyə-iqtisadi embarqolar tətbiq edib. Bu dövlətlərin arasındakı gərginlik və qarşıdurma dünya iqtisadiyyatına birbaşa, həm də mənfi məzmunda təsir göstərib.

Xüsusilə də, qarşıdurma dünya bazarlarında enerji resurslarının qiymətinin yüksəlişində katalizator rolunu oynayıb. Hətta neftin və təbii qazın bahalanması dünyanın müxtəlif ölkələrində maliyyə-iqtisadi böhranın dərinləşməsini də tətikləyib.

Bu baxımdan, hazırda aktual olan beynəlxalq qarşıdurma kifayət qədər arzuolunmaz inkişaf istiqamətləri vəd edir. Ona görə də bu gərginliyin hələ bir müddət davam etmə ehtimalına mümkün olduğu qədər ciddi yanaşmaq lazım gələcək.

Onu da qeyd etmək lazımdır ki, hazırda dünyada heç bir dövlət savaş istəmir. Xüsusilə də, Avropa ölkələri başqa dövlətlərin, məsələn, ABŞ və ya İranın davranışları ucbatından baş verə biləcək müharibəyə bulaşmağa, ondan zərər çəkməyə qətiyyən həvəsli deyillər.

Amma son baş verən hərbi insidentin törədilməsinin arxasında müəyyən maraqların ola biləcəyi də istisna edilmir. Belə ki, Ağ Ev üçün istənilən hərbi insident indiki mərhələdə ABŞ-ın maraqları baxımından, cəlbedici görünə bilər.

Məsələ ondadır ki, son dövrlərdə ABŞ-ın beynəlxalq nüfuzu sarsılmış kimi görünür. Hər halda, Suriya poliqonunda ABŞ hərbi cəhətdən öz mövqelərini və təsir gücünü itirməyə başlayıb. Və belə bir situasiyanın yaranmasında Türkiyə-Rusiya hərbi-siyasi ortaqlığının inkaredilməz rolu qabarıq şəkildə ortaya çıxmaqdadır.

Xüsusilə də ötən ilin payızında Türkiyənin reallaşdırdığı “Barış Pınarı” anti-terror əməliyyatı ABŞ-ın Suriya poliqonundakı mövqelərini ciddi şəkildə sarsıtdı, hətta bu superdövləti həmin məkandan sıxışdırmış oldu. Belə ki, Türkiyənin “Barış Pınarı” anti-terror əməliyyatı nəticəsində ABŞ Suriya poliqonunda nəzarət etdiyi bəzi ərazilərdən imtina etməli oldu, həmin ərazilərdəki hərbi bazalarını İraqa daşımaq məcburiyyətində qaldı. Hətta elə bir görüntü yarandı ki, ABŞ-ın ümumiyyətlə, Suriyanı tərk etdiyi barədə iddialara rəvac verdi.

Təbii ki, Ağ Ev proseslərin belə istiqamət almasından qətiyyən məmnun deyildi. Və ilk növbədə ABŞ-ın sarsılan beynəlxalq nüfuzunu bərpa etməklə yanaşı, Suriyadakı mövqelərinin təkrar geri qaytarılması istiqamətdə müəyyən qətiyyətli addımlar atmaq məcburuyyətindəydi.

Bu önəmli məqamı nəzərə aldıqda, ABŞ-ın İranla qarşıdurmaya xüsusi həvəs göstərməsi o qədər də təəccüb doğurmur. Çünki bu qarşıdurma Ağ Evin ABŞ-la beynəlxalq arenada rəqabət içərisində olan dövlətlərə açıq xəbərdarlıq mesajı xarakteri də daşıyır. Yəni Ağ Ev atdığı son addımlarla beynəlxalq rəqiblərinə mesaj verməyə çalışır ki, ABŞ-ın hərbi-siyasi qüdrətinin zəifləməsi ilə bağlı tələskən təsəvvürlər onları ciddi şəkildə yanılda bilər.

ABŞ İranla qarşıdurmaya paralel olaraq, Suriya ərazisində də hərbi cəhətdən yenidən fəallaşmağa cəhd etməsi də bu ehtimallara inandırıcılıq görüntüsü verir. Belə ki, son məlumatlara görə, ABŞ Suriyada bəzi terror qruplaşmalarının mövqelərinə aviazərbələr endirib. Və yaxın günlərdə bu aviazərbələrin təkrarlana biləcəyi də qətiyyən istisna edilmir.

Ancaq İranla qarşıdurma Ağ Ev üçün başqa səbəbdən də sərfəli görünür. Daha doğrusu, bu qarşıdurma Ağ Ev sahibi Donald Trampın siyasi maraqlarına müəyyən mənada cavab verir.

Məsələ ondadır ki, ABŞ parlamenti tərəfindən prezident D.Trampa qarşı impicment tətbiq olunub. Və hətta hər şey D.Trampın xeyrinə yekunlaşsa belə, bu, 2020-ci ilin payızında növbəti prezident seçkilərinin keçiriləcəyini nəzərə aldıqda, Ağ Evin indiki sahibi üçün o qədər də ürəkaçan proses sayıla bilməz.

Ona görə də ABŞ-İran qarşıdurması ölkədaxili ictimai-siyasi prosesləri prezident D.Tramp ətrafında cərəyan edən siyasi olayların təsirindən müvəqqəti də olsa, yayındıra bilər. Hər halda, “xarici düşmənə qarşı mübarizə” imitasiyası Ağ Ev sahibinə üzləşdiyi arzuolunmaz situasiyadan çıxış yolu tapmaq baxımından, ən azından zaman qazandıra bilər.

Ancaq hazırda ABŞ-İran qarşıdurmasının ölkədaxili ictimai-siyasi proseslərdə Ağ Ev sahibinin siyasi maraqlarını tam dəstəklədiyini iddia etmək də bir qədər çətindir. Ən azından ona görə ki, ABŞ cəmiyyəti Ağ Evin bu manevrinin təsirinə düşməkdən hələlik çox uzaqdır.

Məsələ ondadır ki, ABŞ cəmiyyəti ölkənin İranla müharibə ehtimalından ciddi şəkildə narahatdır. Ona görə də son günlər ABŞ-ın İranla müharibə ehtimalına qarşı müxtəlif kütləvi etiraz aksiyaları intensivləşməyə başlayıb. Bu aksiyalar öz intensivliyini qoruyub-saxlayarsa, Ağ Ev ictimai rəyi prezident D.Trampın xeyrinə dəyişmək üçün yəqin ki, yeni variantlar axtarmaq məcburiyyətində qala bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

pia.az


Etiket: ABŞ Ağ Ev Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar