Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda hakimiyyətə qarşı yeni etirazlar - İngiltərə səfiri saxlanıldı / Video

İranda İnqilab Keşikçiləri Korpusunun yanvarın 8-də Ukraynaya məxsus sərnişin təyyarəsini raketlə vurduğunu rəsmən etiraf etməsindən sonra Tehranda hakimiyyət əleyhinə yeni etirazlar başlayıb...

Virtualaz.org İranın yarırəsmi “Fars” agentliyinə istinadla xəbər verir ki, ötən gün yanvarın 11-də axşam saatlarında Tehran Texnoloji Universitetinin qarşısında yüzlərlə tələbə “Diktatora ölüm!”, “SEPAH-ölkəni tərk et!” kimi şüarlarla küçələrə çıxıb. Tezliklə etirazlara başqaları da qoşulub və onların sayı bir neçə min nəfərə çatıb.

Toplaşanlar arasında hətta iranlıların təzəcə dəfn etdikləri, ABŞ tərəfindən öldürülən general Qasım Süleymaninin şəkillərini cıranlar da olub. İran təhlükəsizlik qüvvələri aksiyaya sərt müdaxilə edib, etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqları tətbiq olunub. Çoxlu sayda saxlanılanın olduğu bildirilir.

Etirazlar zamanı hətta Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makeyer də saxlanılıb və nəticədə İran hakimiyyəti yeni beynəlxalq diplomatik qalmaqal yaradıb. “Tasnim” agentliyi bildirir ki, səfir Txnoloji Universitetin qarşısında etirazlar zamanı yaxınlıqdakı kafedən “etirazları qızışdırmaqla məşğul imiş”. Diplomat bir neçə saat saxlanıldıqdan sonra buraxılıb. Və rəsmi London dərhal bu insidentə görə sərt etiraz bəyanatı verib. Xarici işlər naziri Dominik Raab bəyan edib ki, səfir Robert Makeyerin saxlanılması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və İran hakimiyyəti buna görə üzr istəməlidir.

AB Dövlət Departamenti də səfirin saxlanılmasına görə İran hakimiyyətinin London qarşısında üzr istəməli olduğunu bildirib. “İran rejimi Britaniya səfirini saxlayıb. Bu, Vyana konvensiyasının kobud şəkildə pozulmasıdır və İran rejimi bu sənədin pozulması ilə bağlı kədərli təcrübəyə malikdir. Biz rejimi rəsmən Böyük Britaniya qarşısında üzr istəməyə çağırırq”,-Dövlət Departamentinin rəsmisi Morqan Ortequs bildirib.

ABŞ hakimiyyəti habelə İranda hakimiyyətə qarşı etirazlara çıxanlara dəstək verib. Dövlət katibi Maykl Pompeo Tehrandakı etirazlardan video paylaşaraq özünün Twitter bloqunda yazıb: “İranlılar məmurların korrupsiyasından və İnqilab Keşikçiləri Korpusunun qəddarlıqlarından boğaza yığılıblar və mübarizəyə başmalıdırlar. Biz daha yaxşı gələcəyə nail olan İran xalqını dəstəkləyirik”.

Prezident Donald Tramp da özünün Twitter səhifəsində İranda etirazlara qalxanlara dəstək verib, üstəlik fars filində. “Çoxdan əziyyət çəkən, amma cəsur iranlılara: mən prezidentliyimin lap əvvəlindən sizinləyəm və mənim administrasiyam sizə dəstək verməkdə davam edəcək. ABŞ İranda hazırda baş verənləri diqqətlə izləyir və iranlıların cəsarətindən ruhlanıb”.

ABŞ prezdenti habelə İran hakimiyyətini etirazçılara qarşı güc tətbiq etməməyə və interneti bağlamamağa çağırıb. İranda etirazların yeni dalğasının böyüməsi istisna deyil.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar