Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xoşbəxt Yusifzadənin 90 illiyi oxuduğu orta məktəbdə qeyd olunub

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 saylı orta məktəbdə yubiley tədbiri keçirilib.

Prezident İlham Əliyevin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncam çərçivəsində bu gün Bakının sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 saylı orta məktəbdə yubiley tədbiri keçirilib.

"Report"un məlumatına görə, akademik ilk təhsilinə bu məktəbdə başlayıb.

Tədbirə məktəbin şagirdlərinin ifasında Azərbaycan dövlət himninin səsləndirilməsi ilə start verilib. Daha sonra "Azərbaycan neftinin rəmzi: Akademik Xoşbəxt Yusifzadə" filmi nümayiş olunub.

Bundan sonra təhsil müəssisəsinin direktoru Xədicə Babayea qonaqları salamlayıb. O, X.Yusifzadə haqqında xoş sözlər deyərək məktəbə akademikin adının verilməsini təklif edib, onun 95 və 100 illik yubileyinin burada keçirilməsini arzu edib.

Tədbirdə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov da çıxış edib. Xoşbəxt Yusifzadənin keçdiyi ömür yolundan danışan SOCAR rəsmisi onun Azərbaycan üçün böyük bir tapıntı olduğunu deyib: “Xəzər dənizinin Azərbaycan sektorunda kəşf edilən bütün yataqlarda X.Yusifzadənin imzası və möhürü var. Xoşbəxt müəllimi hər kəs çox istəyir. Bütün SOCAR kollektivi onun xətrini əziz tutur. Onun yeri SOCAR-da hər zaman görünür və hələ 100 illik yubileyinin qeyd ediləcəyini inanıram”.

Daha sonra Pirşağı sakinləri çıxış edərək akademik haqqında müsbət fikirlər bildiriblər.

Yubilyara da söz verilib. X.Yusifzadə qəsəbədə keçən uşaqlıq və gənclik illərindən xatirələriniş danışıb, tələbəlik illərini xatırlayıb. O, həmçinin Azərbaycanın neft sənayesində gördüyü işlərdən, ümummilli lider Heydər ƏliyevPrezident İlham Əliyevlə görüşlərini yada salıb.

Sonda yubilyar hər kəsə təşəkkür edib, xoşbəxtlik və düzgün həyat yolu arzulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar