Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı dənizçilər üç miqrantın həyatını xilas ediblər

Azərbaycanlı dənizçilər İon dənizində batmaq təhlükəsi ilə üzləşən üç miqrantın həyatını xilas ediblər...

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) xarici sularda üzən Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” gəmisi Yunanıstanın İon dənizində qəzaya uğrayan qayıqdakı miqrantların xilasetmə əməliyyatında iştirak edib.

Qurumdan APA-ya verilən məlumata görə, hadisənin baş verdiyi vaxt Rusiyanın Taqanroq limanından Albaniyanın Durres limanına gedən və qəzanın qeydə alındığı ərazinin yaxınlığında olan ASCO-nun “Maestro Niyazi” quru yük gəmisi bu gün yerli vaxtla 09:14-də daxil olmuş SOS siqnalı əsasında dərhal köməyə yollanıb. Azərbaycan dənizçiləri təxirəsalınmaz və peşəkar yardım göstəriblər. Onların səyi nəticəsində Əfqanıstandan olan 1994-cü il təvəllüdlü Sultani Cəmşid, 2003-cü il təvəllüdlü Rzai Cabbar, 1996-cı il təvəllüdlü Muhammed Rəşid adlı üç miqrantın həyatı xilas olunub, daha bir nəfərin cəsədi sudan çıxarılıb.

Sağ qalan miqrantlar gəminin göyərtəsinə götürüldükdən sonra dənizçilərimiz tərəfindən isti yemək və geyimlə təmin olunub, həmçinin onlara digər zəruri əşyalar verilib.

Miqrantlar aidiyyatı üzrə təhvil veriləcəklər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar