Goranboy rayonunda 30 yaşlı kişinin əmisi oğlu tərəfindən bıçaqlandığı məlum olub...
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Meşəli kənd sakini, 1990-cı il təvəllüdlü Sənan Əli oğlu İsmayılov əmisi oğlu tərəfindən bıçaqlanıb.
Hadisəni törədən şəxsin Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Qeyd edək ki, 2 bıçaq xəsarəti alan S.İsmayılovun müalicəsi Goranboy rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboy rayonunda bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Meşəli kəndində baş verib.
Belə ki, rayon sakini, 1990-cı il təvəllüdlü Sənan Əli oğlu İsmayılov bıçaq xəsarəti ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun qardaşı tərəfindən bıçaqlandığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
pia.az