Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin dostu Süleymani haqda niyə danışmadı?

"Moskva onun qətlini məmnuniyyətlə, həm də həsəd və qorxu ilə qəbul edib"...

Maksim Suçkov

“Əl-Monitor”, 07.01.2020

Yanvarın 7-də Rusiya prezidenti Vladimir Putin Suriyaya qısa səfər edib. Putin Dəməşq hava limanından Rusiya hərbi qüvvələrinin komandanlıq məntəqəsinə keçib və burada Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, iki prezident hərbçilərinin Suriyanın müxtəlif bölgələrində vəziyyət barədə məruzələrini dinləyib.

Daha sonra prezidentlər ikitərəfli görüş keçirib, Peskovun sözlərinə görə, Putin və Əsəd “Suriyanın ərazi bütövlüyünün bərpasında uzun bir yolun qət edildiyini” qeyd ediblər: “Prezident deyib ki, Dəməşqdə həyatın bərpa olunması qığılcımları müşahidə olunur”.

“Putin Suriyada olarkən, bir neçə başqa obyektə də baş çəkəcək”,– deyən Peskov izahat verməyib.

Öz növbəsində, Əsəd səfərə görə Putinə təşəkkür edib, Rusiyanın “terrorizmlə mübarizədə və dinc həyatın bərpasında” verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Əsəd, eyni zamanda, Milad bayramı ilə əlaqədar Putinə və rus xalqına səmimi diləklərini çatdırıb. Rusların əksəriyyəti pravoslav xristianlar kimi tanınırlar və səfər yanvarın 7-də qeyd olunan Milad bayramı ilə üst-üstə düşüb.

Putinin səfəri həm də ABŞ-ın iranlı generalı öldürməsi ilə regional gərginliyin artdığı böhranlı vaxta təsadüf edib. Yanvarın 8-də Putin Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə yollanmalıdır. Gündəlikdə Suriya, o cümlədən İdlibdə və Fərat çayının şərqində, habelə Liviyada, rus muzdlularının və türk əsgərlərinin olduğu bölgədəki vəziyyətlə bağlı mühüm məsələlər var.

Rusiya prezidentinin səfəri bu iki kontekst fonunda xüsusi məna daşıyır.

Rusiya prezidenti regional eskalasiya ilə bağlı susub. İndi o, Moskvanı bölgənin əsas vasitəçisi və təhlükəsizlik təminatçısı kimi təsdiqləmək üçün mühüm anı ələ keçirmiş kimi görünür.

İran müstəvisinə gəlincə, yanvarın 6-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri ilə telefonla danışıb. Yüksək hərbi səlahiyyətlilər Süleymaninin öldürülməsindən sonra Suriyada və Yaxın Şərqdə deeskalasiya tədbirlərini müzakirə ediblər.

Bundan əvvəl İran, Rusiya və Çin Hind okeanında və Oman körfəzində ortaq dəniz təlimlərini sona çatdırıb.

Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın hücumunu kəskin şəkildə qınayıb və İranı dəstəkləyib.

Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “General Süleymani ağıllı hərbi lider, Yaxın Şərqdə əhəmiyyətli nüfuz sahibi idi. Onun birbaşa rəhbərliyi və komandanlığı ilə ABŞ-ın rəhbərlik etdiyi qondarma beynəlxalq koalisiyadan əvvəl Suriyaİraqda beynəlxalq terrorçu qruplara, o cümlədən İŞİD və “əl-Qaidə”yə hərbi müqavimət göstərilib. Onun Suriyada İŞİD əleyhinə mübarizəyə verdiyi şəxsi töhfələr danılmazdır”.

Bəyanatda əlavə edilib: “ABŞ-ın Qasim Süleymaniyə qarşı sui-qəsd şəklində atdığı uzağıgörməz addımlar Yaxın Şərqdəki hərbi-siyasi vəziyyətin kəskin şəkildə kəskinləşməsi və bütün beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi mənfi nəticələrə səbəb olub”.

Bundan əvvəl, Suriyadakı Rusiya qüvvələrinin komandanı, bu vəzifəyə 2019-cu ilin sentyabr ayında təyin edilmiş general-leytenant Aleksandr Çayko Süleymaninin xatirəsini yad etmək üçün Rusiya hərbi heyəti ilə birlikdə İranın Şamdakı səfirliyini ziyarət edib və ora çələng qoyub.

Elə həmin gün İran mediasına danışan İran Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti deyib: “Qasim Süleymani prezident Putinin yaxın dostu və İran-Rusiya ittifaqının əsas açarı idi”.

Süleymaninin öldürülməsindən sonra bunun Suriyada Rusiya-İran əməkdaşlığına, İrandakı daxili vəziyyətə və Amerikanın bölgədəki mövcudluğuna necə təsir göstərə biləcəyi ilə əlaqədar Moskva xüsusilə narahat idi.

Yaxın Şərq mövzusunda yazan rusiyalı jurnalist Nadana Fridrixson ABŞ-ın sui-qəsdinin 4 əsas hədəf güddüyünü bildirib: birincisi, “Haşdi Şəabi”ni rəhbərsiz qoymaq; ikincisi, İranın “müqavimət oxunu” sındırmaq; üçüncüsü, Suriyadakı vəziyyətə təsir etmək; dördüncüsü, İrandakı daxili vəziyyəti qarışdırmaq.

O əlavə edib: “Süleymaninin öldürülməsi Suriyada amerikalılar üçün məkan açır. Onlar Dəməşq üçün bəzi “maraqlı təkliflər” hazırlaya bilərlər. Tramp təcavüzkar şəkildə bütün İran tərəfdarı milisləri ölkədən, o cümlədən bombalamaqla, qovmağa davam edəcək. Süleymaninin ölümü İslam İnqilabı Keşikçiləri Korpusu sıralarını sıxlaşdırıb, ancaq onu əvəzləmək çətin ola bilər”.

Putinin səfəri, ehtimal ki, Moskva üçün strateji əhəmiyyət kəsb edən bölgələrdə Rusiyanın mövqelərini gücləndirmək üçün Əsədə lazımi güvən verir.

“Əslində, Moskva Süleymaninin ləğvini məmnuniyyətlə, həm də həsəd və qorxu ilə qəbul edib, – deyə Moskvalı politoloq Arkadi Dubnov iddia edir. – Məmnuniyyətlə, çünki İran rəhbərliyindəki 2 nömrəli şəxsin ləğvi Tehranın regional mövqelərini zəiflədir və Moskvanın mövqeyini gücləndirir. Həsədlə, çünki Ağ Ev bu gün dünya nizamını kimin formalaşdırdığını açıq şəkildə göstərib. Bu status hələ də Kreml üçün əlçatmazdır və öz əməliyyatlarını gizli şəkildə aparmaq məcburiyyətindədir, çünki “güclü haqqı”na sahib olub-olmadığını dəqiq bilmir”.

“Amerikan əməliyyatı təsirli, hədəflənmiş və sürətli olduğuna görə qorxu hissi keçirdik”, – deyə Dubnov əlavə edib.

“Biz, adətən, üstünlükləri və mənfi cəhətləri hesablayırıq, tərəfdaşlarımızın itkisinə sevinmirik. Süleymani sözünün ağası idi və Suriya ilə bağlı bir neçə dəfə onunla işləməkdən zövq aldıq”. Bunu “əl-Monitor”a Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib. “Ən yüksək vəzifəli şəxsə qarşı edilən sui-qəsddə hər şeydən əvvəl böyük risklər görürük; qalan hər şey ekspert fərziyyəsidir. Bu inkişafın ABŞ-ın bölgədən əhəmiyyətli dərəcədə uzaqlaşmasına səbəb olacağını düşünsək də, bu, avtomatik olaraq Moskvanın son qalib olduğunu ifadə etmir; məsələ bir az nüanslıdır”.

Putin yanvarın 22-23-də Auşvitz həbs düşərgəsindən minlərlə insanın azad edilməsi xatirəsinə İsrailə səfər edəcək. O vaxta qədər bölgədə vəziyyət dəyişə bilər, ancaq İran problemi açıq şəkildə geniş müzakirə ediləcək. Hələlik Rusiya və Türkiyə arasında əsas problem isə Suriya və Liviyadır. 

(Tərcümə: Strateq.az)

pia.az

 


Etiket: Putin Süleymani

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar