Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ qazisindən BDU rektoruna müraciət

Qarabağ qazisi, ehtiyatda olan kapitan, 48 il Bakı Dövlət Universitetində (BDU) fizika müəllimi işləyən Rəşid Əliyev sözügedən təhsil ocağının rektoru Elçin Babayevə məktub yazıb...

PİA.az xəbər verir ki, rektora ünvanlanan məktubu tanınmış hüquqşünas Aslan İsmayılov ictimailəşdirib.

Hazırda Onkoloji Mərkəzdə kimyəvi terapiya alan Rəşid Əliyev BDU-dan ona heç bir yardım edilmədiyindən gileylənir:

“BDU-da 100 ilin yarısı qədər - tələbəlik illərindən bəri 48 il elmi fəaliyyət göstərirəm, 1999-cu ildə tərxis olunduqdan sonra BDU-ya köhnə iş yerinə qayıtsam da dəfələrlə müalicə almışam. Lazer barədə etdiyim təkliflərə heç bir adekvat şərait yaradılmadı. BDU-da lazerlərin yaradılması və tətbiqinin mühümlüyü barədə iş apardığım və ehtiyac içində yaşadığım bir vaxtda İran İslam Respublikasından əməkdaşlıq barədə təklif gəldi. BDU-nun razılığı ilə 2006-2008-ci illər bir şirkətdə çalışdım. Sonra İranın təhlükəsizlik xidməti "ETTELAAT" tərəfindən həbs edilərək, 1 il 10 ay zindanda qaldım və Prezident İlham Əliyevin və ictimaiyyətin səyi ilə 12 avqust 2010-cu ildə Azərbaycana qaytarıldım. Qayıtdıqdan sonra mənim elmi-texniki potensialımı reallaşdırmaq əvəzinə iş şəraitimi daha dözülməz etdilər. Bunlar azmış kimi 2012-ci il 31 yanvarda BDU-nə gedərkən ayağım sürüşərək yıxıldım və aldığım xəsarətlərə görə iki dəfə əməliyyat olundum. 40 gün reanimasiyada qaldım. Həm müharibədə, həm işdə, həm də həyatda aldığım travmalar öz işini gördü. Daxili qanaxma diaqnozu ilə Tibb Universitetinin Cərrahiyə Klinikasında ödənişli əsaslarla (4000 manat) qara ciyərin metastazı onkoloji xəstəlikdən əməliyyat edilmişəm. Mədə tamamən, qara ciyərin isə 2/3 hissəsi kəsilərək götürüldü. Hazırda ATU Onkoloji Mərkəzində 9 aydır ki, kimyəvi terapiya alıram. Bu prosedurlara indiyədək 20000 manat vəsait xərclənib. Xərclərin ödənməsində qohumlar və dostlar yardımçı olub. İllərcə çalışdığım BDU isə, yalnız 500 manat yardım etməklə kifayətlənib"...

Rəşid Əliyev Xocalı soyqırımından sonra N saylı xüsusi təyinatlı hərbi hissədə rabitə sistemini quraraq, Füzuli, Ağdam, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə müharibə bitənə qədər vuruşub. (Yenisabah.az)

pia.az


Etiket: Rəşid Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar