Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxin restoranında müştərilərə hörmətsizlik — Növbəti “Relax” qorxusu

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin məxsus olan, hazırda mühafizəçisi tərəfindən idarə olunan “Ləvəngi” restoranında müştərilərə hörmətsizlik edilir...

Bu barədə Xeber.de-yə restoranda hörmətsizliklə qarşılaşdığını iddia edən müştərilər məlumat veriblər. Onlar bildiriblər ki, şeyxin 20 Yanvar metrosu yaxınlığındakı restoranında özbaşınalıq var və işçi kontingenti müştərilərlə olduqca kobud davranır.

“Təsəvvür edin ki, restoranda bir dəstə adam var, özlərini mafioz kimi təqdim edirlər. Hamısı şeyxin mühafizəçisi Səxavətin qohum-əqrabalarıdır. Özlərini elə aparlar ki, sanki müştərilər, xalq bunlara borcludur. Restoranda heç bir yazılı menyu təqdim edilmir, xidmətlər baha, bilinmir rəsmi qeydiyyat kimdədir, vergi verir, ya yox. Bunlar da cəhənnəm, adamları konkret hədələyirlər. Şeyxə və Səxavətə arxayındırlar. Adamlar qanun-qayda hərləmirlər”.

Müştərilər deyirlər ki, vəziyyət o həddə çatıb burada növbəti “Relax” olayı baş verə bilər: “Lerikdə baş verən “Relax” olayı yadınızdadır, yəqin. İndi “Ləvəngi”də durum o həddə çatıb. Müştəri hələ sifariş verəndə belə qorxa-qorxa yaxınlaşır. Bu restoranda dəfələrlə kriminal olaylar baş verib, amma üstünü örtüblər. Hüseynbala Mirələmovun “Min bir gecə” restoranında da öz qohumu başqasını güllələdi illər öncə. Həmin durum burada da təkrarlana bilər. Biz bununla bağlı dövlət qurumlarına da müraciət edəcəyik”, - deyə şikayərçilər bildirib.

Redaksiyadan: “Ləvəngi” restoranı ilə bağlı internet və sosial şəbəkə üzərində araşdırma aparsaq da, heç bir əlaqə vasitəsinə və ya rəsmi bir səhifəyə rast gəlmədik. Restoran rəhbərliyini dinləyib, müştərilərin səsləndirdikləri şikayətlərə münasibətlərini dərc etməyə hazırıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar