Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Ukrayna təyyarəsinin raketlə vurulması ehtimalını təkzib edib

İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə açıqlama verib...

İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə, Ukrayna hakimiyyət orqanlarının iddia etdiyi kimi, Ukraynanın “Beynəlxalq Hava yolları” aviaşirkətinə məxsus “Boeing-737” sərnişin təyyarəsinin təsadüfən raketlə vurula biləcəyi ehtimalını təkzib edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Abedzadə laynerə raket hücumunun “elmi cəhətdən mümkün olmadığını” bildirib. Onun sözlərinə görə, həmin vaxt eyni yüksəklikdə başqa bir neçə sərnişin təyyarəsi də olub.

“Təyyarənin raketlə vurulduğu versiyası heç bir halda həqiqətə uyğun deyil”, - Abedzadə belə deyib.

Ə.Abedzadə ölkədə hərbi və mülki sektorlar arasında “tam koordinasiya”nın olduğunu vurğulayıb.

O, həmçinin İranın qara qutuları ABŞ-a təhvil verməkdən imtina etməsi barədə məlumatları da təkzib edib və bildirib ki, istintaqla maraqlanan bütün tərəflərə lazımi məlumatlar veriləcək. Qurum rəsmisi əlavə edib ki, zərurət yaranarsa, qara qutu məlumatlarının deşifrə edilməsi Fransada və ya başqa bir ölkədə aparılacaq.

pia.az


Etiket: Əli Abedzadə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar