Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

65 yaşlı azərbaycanlı milyarderin oğlu olub - Fotolar

Azərbaycanlı milyarder, Rusiyanın ən zəngin iş adamlarından biri olan Fərhad Əhmədov üçüncü dəfə ata olub...

65 yaşlı milyarder özü bu barədə "Facebook"-dakı hesabında məlumat və fotolar paylaşıb.

"Dünən ailəmizdə gözəl bir hadisə baş verdi, bir oğlumuz dünyaya gəldi. Allaha şükür ki, hər şey qaydasında oldu. Körpə gözəldir, həyat yoldaşımın da səhhəti yaxşıdır. Böyük övladlarımız Süleyman və Aria qardaşından məmnundurlar. Bütün ailəmiz xoşbəxtdir. Rəbbimiz bizə bu sevinci bəxş etdi. Həyat yoldaşım və mən onu Adəm adlandırmaq qərarına gəldik. Bu ad hər kəs tərəfindən hörmətlə qarşılanır və bütün insanlığı birləşdirir. Adəm müsəlmanlar arasında ilk peyğəmbər olaraq hörmətlə qarşılanır və xristianlar arasında müqəddəslərə bərabər tutulur. Hamınıza dinc gələcəyə inam və sevinc arzulayıram. Mən çox xoşbəxtəm!", - milyarder yazıb.

Xatırladaq ki, F.Əhmədov bir neçə ay öncə yarım milyardlıq boşanma qalmaqalı ilə gündəmə gəlmişdi. Məlumatlarda bildirilirdi ki, London məhkəməsi F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğuna dair qərar çıxarıb. Bu məsələ ilə bağlı KİV-ə açıqlama verən iş adamı haqqında qərəzli məlumatların yayıldığını demişdi.

Fərhad Əhmədov 15 sentyabr 1955-ci ildə Göyçayda anadan olub. Bu rayonda yerləşən “AzNar” şirkətinin sahibidir. Şirkət Göyçay rayonunda 1050 hektar sahədə nar bağları yaradıb.(azpolitika.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar