Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT sədri: “Minsk qrupunun səylərini dəstəkləyəcəyik”

Albaniyanın ATƏT-ə sədrliyi dövründə Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyəcəyik...

Bu barədə ATƏT-in fəaliyyətdə olan yeni sədri, Albaniyanın Baş Naziri və Xarici İşlər naziri Edi Rama ATƏT-in Daimi Şurasında çıxışı zamanı bildirib.

“Münaqişələrin həlli istiqamətində səylərin göstərilməsi ATƏT-ə sədrliyimiz müddətində gündəliyimizdə duran əsas məsələlərdən olacaq. Xüsusilə də, Minsk qrupu həmsədrlərinin səylərini və Dnestryanı münaqişənin həlli prosesini dəstəkləyəcəyik”, - deyə E. Rama qeyd edib.

O vurğulayıb ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi ilk səfərini növbəti həftələrdə Ukraynaya edəcək.

Xatırladaq ki, ATƏT-ə sədrlik bu ilin yanvarında Slovakiyadan Albaniyaya keçib.(apa)

pia.az


Etiket: ATƏT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar