Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Dindar iranpərəstləri ölkəmiz üçün təhlükə hesab edirəm”

Bütün hallarda Azərbaycanda dindar kəsimin böyük bir hissəsinin xarici dövlətdən gələn təlimatlara görə aktivlik nümayiş etdirməsi milli təhlükəsizlik baxımından ciddi problemdir...

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru: “Çox təəssüf edirəm ki, İrandakı dini kəsimin bu qədər güclü olmasında Azərbaycan hakimiyyət rəsmilərinin rolu var”.

“Ermənilərin havadarı, ermənilərə silah verən, erməniləri azərbaycanlıların üstünə salan da Qasim Süleymani idi”.

Bu sözləri politoloq Mübariz ƏhmədoğluQasım Süleymaninin ölümündən sonra İranın Azərbaycandakı tərəfdarlarını aktivləşdirməsini PİA.az-a şərh edərkən qeyd edib.

Qasım Süleymaninin ABŞ ordusu tərəfindən İraqda qətlə yetirilməsi Azərbaycanda da gündəmi dəyişib. Sosial şəbəkədən görünür ki, Süleymaninin Azərbaycana qarşı mövqeyi heç də bir mənalı olmasa da, onu şəhid elan edənlərin və onun üçün mətəm tutanların sayı həddindən artıq çoxdur. Bəzi iddialara görə İranın Azərbaycandakı tərəfdarları Tehrandan və Qumdan gələn təlimatlarla aktivləşdirib.

Qeyd edək ki, bunun üçün İranın kifayət qədər səbəbləri var. Lakin bütün hallarda Azərbaycanda dindar kəsimin böyük bir hissəsinin xarici dövlətdən gələn təlimatlara görə aktivlik nümayiş etdirməsi heç də yaxşı hal kimi qəbul oluna bilməz və bu milli təhlükəsizlik baxımından ciddi problemdir.

Mövzunu PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “Qasim Süleymani İran prezidentinin Azərbaycanla bağlı qərarlarını dəyişən adam idi”.

Azərbaycandakı dindar iranpərəstləri ölkəmiz üçün çox böyük təhlükəli hesab edən politoloq PİA.az-a açıqlamasında məmurlara səslənərək bildirib ki, Azərbaycanda vəzifədə olan heç bir məmur iranpərəstlərin Azərbaycana təsirinin güclü olmadığını düşünməsin. Prezident Adminstrasiyanın yeni adamları da bunu mümkün qədər tez anlamalıdırlar:

“Qasim Süleymaninin komandasının Azərbaycandakı tərəfdarlarını aktivləşdirməsi mümkündür. Hətta mümkündür ki, İranın adamlarının qarşısında Azərbaycanla bağlı siyasi məqsəd olsun. Amma mən vəziyyətin bu həddə çatmasını ölkəmizdə olan iranpərəst vətəndaşlarımızda görürəm. Onlara deyirəm ki, sizə ayıb olsun və qıldığınız namaza hörmət edin.

Yaxın bir il ərzində Qasim Süleymani haqında İranın Ali Rəhbərliyinin idarəsindən çox sözlər deyiləcək. Həm İranda, həm də Azərbaycanda Qasim Süleymanini çox yaxşı tanıyırlar. Ermənilərin himayədarı Qasim Süleymani idi. 2016-cı ildə Azərbaycanda müharibə başlayan gün İran prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Azərbaycana dəstək verdi. Amma bir neçə saatdan sonra mövqeyini geri çəkdi. Həmçinin İranın prezidenti Azərbaycana gəldi və ölkəmizdə olarkən dedi ki, Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Azərbaycan müharibəyə getsə, bizi müsbət mənada yanında görəcək. Amma 2 gün keçəndən sonra İran prezidentinin sözü dəyişdirildi. 5-6 ay bundan əvvəl də İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Bağıri, Azərbaycanda idi. Onu da vurğulayım ki, Məhəmməd Bağıri azərbaycanlıdır və Azərbaycana da gələndə Xamneyi ilə görüşüb gəlmişdi. Məhəmməd Bağıri Azərbaycanın təhlükəsizliyi, Qarabağ məsələsi ilə bağlı tamamilə müsbət hesab olunan bəyanat verdi. Bu bəyanatlar İran mətbuatında getmədi və bir gün sonra da Məhəmməd Bağıri mövqeyini dəyişdi.

Bütün bunların da hamısın Qasim Süleymani edirdi. Ermənilərin havadarı, ermənilərə silah verən, erməniləri azərbaycanlıların üstünə salan da Qasim Süleymani idi. İndi Qasim Süleymaniyə yas saxlayan vətəndaşlara bir daha demək istəyirəm ki, sizə ayıb olsun və qıldığınız namazın hesabın verəcəksiniz. Əgər onlar həqiqi müsəlmandırlarsa, bu günkü hərəkətlərinə görə qıldıqları namazın hesabın verə bilməyəcəklər.

Mübariz Əhmədoğlu: “Bundan sonra Xamneyinin Azərbaycanla bağlı bütün müsbət göstərişləri yerinə yetəcək”.

Bundan sonra İranın Azərbaycanla bağlı siyasəti çox müsbət olacaq. Həsən Ruhani İranda prezident olandan sonra bir neçə dəfə cəhd edib ki, İran-Azərbaycan münasibətlərini bütün sahələrdə inkişaf etdirsin. Amma bu cəhdlərin hamısında proseslər yarımçıq qalıb. Azərbaycan prezidenti 15 il bundan əvvəl Şimal-Cənub Dəmir Yolunun tikintisin elan edib. Amma o vaxt Qasim Süleymani İranın bu layihəyə qoşulmasına imkan vermədi. Qasim Süleymani yolu Ermənistandan çəkəçəklərini elan etdi. 2-3 il əvvəl İran bu layihəyəyə qoşuldu və Azərbaycan da bu məsələdə İrana köməklik edir. Düzdür kredit verməyimizdə müəyyən problem var, amma bu problemi də həll edəcəyik.

Düşünürəm ki, bundan sonra Xamneyinin Azərbaycanla bağlı bütün müsbət göstərişləri yerinə yetəcək. Qasim Süleymani İran prezidentinin Azərbaycanla bağlı qərarlarını dəyişən adam idi. Buna görə də hesab edirəm ki, bundan sonra İranın prezidenti də sərbəst nəfəs alacaq və istənilən qərarı qəbul edə biləcək.

Məlumdur ki, İran heç vaxt hərbi cəhətdən güclü olmayıb. Tramp deyir ki, İranın heç vaxt hərbi gücü olmayıb, amma heç kəs də İranı danışıqlarda uda bilməyib. Doğrudan da İranın siyasəti çox güclüdür. İranın xarici işlər naziri Cavad Zərifə Azərbaycanla bağlı mənim konkret iradlarım var. Amma İranın tarixində Cavad Zərif kimi diplomat olmayıb. Cavab Zərif demək olar ki, ABŞ-ı, Avropanı boş əllə, sözlə aldadır. Buna görə də hesab edirəm ki, bir neçə günə ABŞ-la İran münasibətləri normallaşacaq.

Mən bir daha bizim özünü dindar hesab edən soydaşlarımıza qayıtmaq istəyirəm və onlara sual verirəm ki, niyə Qasim Süleymani Kermanda dəfn olundu? Bir bu sualın cavabın tapsınlar. Niyə ölən 8 nəfərdən 7 nəfəri imam Xomeyenin movzelində basdırıldı, bir dənə Qasim Süleymanini Kermana göndərdilər? Buna görə bizimkilərə Allahdan ağıl arzulayıram. Bizimkilər kimi arxasında düşdüklərin bilmirlər.

Mübariz Əhmədoğlu: “Dindarlara sual verirəm ki, niyə Qasim Süleymani Kermanda dəfn olundu?”.

Azərbaycandakı dindar iranpərəstləri ölkəmiz üçün çox böyük təhlükəli hesab edirəm. Çox təəssüf edirəm ki, İrandakı dini kəsimin bu qədər güclü olmasında Azərbaycan hakimiyyət rəsmilərinin rolu var. Həmin adamlar bu yaxınlarda vəzifələrindən uzaqlaşdırıldılar. İşin içində olan adamların hamısı bilir ki, mən həmişə ideologiya ilə təbliğatda azərbaycançılıq barəsində ən barışmaz adam olmuşam. Mənim bu barədə dövlət rəsmiləri ilə çox kəskin mübahisələrim olub. Çox məsələ var ki, onları açmaq istəmirəm. Amma onu deyə bilərəm ki, kim Rusiyanı, Türkiyəni Azərbaycan üçün təhlükə deyirsə, səhv edir. Azərbaycan üçün ən böyük təhlükə İranın Azərbaycanın daxilində yaratdığı dini kəsimdir. Həmin kəsimlər Rusiyanı da, Türkiyəni də Azərbaycanın üstünə qaldıra bilər. Çünki İranın elə hərəkətləri var ki, onları etsə, Türkiyə sakit dayanmayacaq. Rusiya isə elə ilk andan prosesə qoşulacaq.

Çox təəssüf edirəm ki, yeni Adminstrasiyanın komandası hələ ki, passivdilər. Yəni mən təbliğat görmürəm. Çox arzu edərdim ki, onlar aktiv ideoloji işə başlasınlar və təbliğatı gücləndirsinlər. Mən onlarla əlaqəmi kəsməmişəm və vəd verdiyim kimi nə deyəcəklər edəcəm. Mən indi bağlı qapılar arxasında dediyim sözü açıq mətbuat vasitəsi ilə deyirəm ki, Azərbaycan ideologiyasının güclənməsində axırıncı nəfəsimə qədər varam.

Azərbaycanda vəzifədə olan heç bir məmur hesab etməsin ki, iranpərəstlərin Azərbaycana təsiri güclü deyil. Adminstrasiyanın yeni adamları da bunu mümkün qədər tez anlamalıdırlar. Mən bir fakt deyim. İranın Azərbaycana qarşı işləyən mətbuatında bu günə qədər bir dəfə də olsun Samir Nuriyevin adı səslənməyib. Onlar yeni Adminstrasiyanın rəhbərini tam inkar edirlər.

Mübariz Əhmədoğlu: “İranın elə hərəkətləri var ki, onları etsə, Türkiyə sakit dayanmayacaq. Rusiya isə elə ilk andan prosesə qoşulacaq”.

Biz ölkəmizdə olan İranın 5-ci kolonunu idarə edə bilsək, İran qədər Azərbaycana kömək olan ikinci dövlət olmaz. Yəni biz İranın buradakı adamlarını neytrallaşdıra bilsək, onlarda vətənpərvərlik hisslərini gücləndirə bilsək İran Azərbaycanın 1 nömrəli dostu olar. Çünki İranın elə problemləri var ki, həmin problemlər yalnız Azərbaycanla həll oluna bilər. Məsələn Avropanın qaza ehtiyacı var və Azərbaycan Avropaya qaz verir, amma hələ tam təmin edə bilmir. Biz öz əhalimizin işlətdiyi qazı İrandan ala bilərik və əhalimizə verdiyimiz qazı Avropaya göndərdiyimiz qaza əlavə edib sata bilərik. Hesab edin ki, Azərbaycan ildə İran üçün 10-12 milyard kub metr qaz sata bilər. Bundan ABŞ-da şübhələnə bilməz.

Şahin Mustafayev axırıncı dəfə Tehranda olanda İranın prezidenti demişdi ki, biz Xəzər dənizində neft kəşfiyyatında da maraqlıyıq. Bildiyimiz kimi Xəzər dənizindəki layihələri işləməklə bağlı Azərbaycanla İran arasında müştərək müqavilələr var. Demək Azərbaycan Xəzərdən də İran neftini öz adına çıxara bilər və dünya bazarında sata bilər. Pulu isə İrana çatacaq. Bütün bunları da İranda balaca dairə bilir.

Mübariz Əhmədoğlu: “Biz ölkəmizdə olan İranın 5-ci kolonunu idarə edə bilsək, İran qədər Azərbaycana kömək olan ikinci dövlət olmaz”.

Buna görə deyirəm ki, bizim adamlar əgər doğrudan da Azərbaycanın İranla dost olmağın istəyirlərsə, başlarını stolun altından çıxarmasınlar və tərpənməsinlər. Azərbaycanda hamı öz dinin sevir və heç kəs imkan verməyəcək ki, Azərbaycanda dini nisbət dəyişilsin.

Onu da qeyd edim ki, İran sanksiya altında olduğuna görə Azərbaycanla ciddi danışıqlar aparır və bu danışıqlar açıqlanmır. Parsabad, Voradiz, Gəncə, Gürcüstan dəmir yolu marşurtu işlənilir. İranın məhsulları ən qısa yolla Avropaya, Qara dənizə limanına çıxacaq. Azərbaycandan başqa heç kəs İrana bu imkanı yarada bilməz. Buna görə də İranla Azərbaycanın dostluğu üzərində düşünmək lazımdır. İranın neft korporasiyasının rəis müavini qadındır və ermənidir. Hal-hazırda həmin qadın Mehridə neftayırma zavodu tikir. Bizim dini bilməyənlər də din adıyla öz işlərindədirlər. Onlar sakit otursalar İran-Azərbaycan münasibətləri öz axarı ilə davam edəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar