Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbdə geosiyasi parçalanma: Fransa ABŞ-a qarşı yeni addım atır

Makron dinc dayanmır: Putinlə danışığın maraqlı məqamı...

Paris Amerikanın iradəsinə qarşı növbəti addımı atmağa hazırlaşır. Özü də Rusiya məsələsində. Prezident Emmanuel Makron Kreml ilə münasibətlərə yenidən baxmağı qərara alıb. Bu zaman ilk olaraq iqtisadi sferada əməkdaşlığı bərpa etmək fikrindədir. Bu isə, faktiki olaraq, Vaşinqtonun tətbiq etdiyi sanksiyalardan çıxmaq deməkdir. Ekspertlər E.Makronun bu addımı hansı səbəblər üzündən atdığını təhlil etməyə çalışırlar. Çünki məsələyə çox ciddi yanaşır və hesab edirlər ki, Fransa rəhbərliyi dediyini həyata keçirsə, dünya siyasətində "ağ qaraya" qarışacaq. Üstəlik, Qərb siyasi mühiti müasir tarixində görünməmiş bir parçalanma ilə üz-üzə qalmış olacaq.

PİA.az newtimes.az-a istinadən xəbər verir ki, əvvəlcə ekspertlər E.Makronun bu mövqeyini "sarı jiletlilər"ə görə Ağ evdən inciklik əlaməti kimi qəbul etməyə çalışdılar. Lakin Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Merin də eyni fikri təkrarlaması və Moskvada həmin məsələnin müzakirə edilməsi vəziyyətin ciddiliyini göstərdi. Nazirin özü fransalı sənayeçilərlə görüşdə deyib ki, birbaşa E.Makronun tapşırığı ilə Moskvaya gedib və rusiyalı həmkarı ilə mövzunu müzakirə edib. Amerikanın mümkün sanksiyalarını isə fransalı nazir "millətin suverenliyinə yolverilməz müdaxilə cəhdi" adlandırıb.

B.Lö Mer fikirlərinə davam edərək açıq şəkildə bildirib ki, Fransa Rusiya ilə iqtisadi əlaqələri bərpa etmək fikrindədir. Bunu beynəlxalq hüquq çərçivəsində etməyi düşünür. Lakin qarşıda duran ilk maneə Rusiyaya tətbiq edilən sanksiyalardır. Bu məsələyə görə Fransanın özü sanksiyalara məruz qalmaq istəmir. Ancaq lazım gəlsə, ticarət savaşına Avropa miqyasında cavab verməyə hazırdır. Konkret olaraq, Fransa rəhbərliyi Avropa İttifaqının başqa dövlətlərini də Amerikanın sanksiyalarına qarşı çıxmağa sövq edəcəyinə ümid bəsləyir. Artıq Almaniya Bundestaqında E.Makronun təşəbbüsünə dəstək ifadə olunub. Alman deputatlar Vaşinqtonun sanksiyalarının ölkəyə ciddi zərər verdiyini deyib və onların yumşaldılmasına nail olmağa səsləyiblər.

Məsələnin mühüm bir tərəfini ekspertlər ABŞ-Fransa münasibətlərindəki bir incəliklə əlaqələndirirlər. Söhbət Fransanın Amerika şirkətlərinə vergi qoyması ilə bağlıdır. Onların sırasında "Amazon", "Facebook" və "Google" kimi şirkətlər də vardır. Paris hesab edir ki, bu şirkətlər vergi ödəməlidirlər. Lakin əgər beynəlxalq səviyyədə rəqəmsal şirkətlərə ümumi vergi tətbiq olunsa, Fransa milli vergini ləğv edəcək.

Buna cavab olaraq Amerika Prezidenti Donald Tramp Fransanı yeni əlavə vergilərlə hədələyib. Vaşinqton fransız mallarına 100 faizlik vergi tətbiq edəcəyini bəyanlayıb. Bu isə, heç şübhəsiz, Fransa ilə ticarət savaşının başlanması deməkdir. Lakin E.Makron bir qədər əvvəl bəyan etmişdi ki, tərəflər razılığa gəliblər. Konkret desək, beynəlxalq rəqəmsal vergi müəyyən olunan kimi, Fransa qoyduğu vergini ləğv edəcək. Yəni, Paris beynəlxalq hüquqa uyğun hərəkət edəcək və ticarət savaşına girməməyə çalışacaq.

Vurğulanan məqamlar göstərir ki, məsələ yalnız vergi ilə bağlı deyil. Söhbət geniş miqyasda ABŞ və Aİ arasındakı fikir ayrılığının dərinləşməsi ilə bağlıdır. Bu, özündə çox sayda problemi ehtiva edir. Belə ki, Amerika Aİ-dən bir çox şeylərə yenidən baxılmasını tələb edir və bunu daha çox təhdid formasında həyata keçirir. O cümlədən Rusiyaya münasibətdə Vaşinqton Avropanı öz maraqlarına tabe etməyə çalışır. Brüssel isə buna dözmək fikrində deyil. Deməli, əslində, rəqəmsal şirkətlərin fəaliyyətinə vergi qoyulması tələbi ilə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yumşadılması arasında bir geosiyasi bağlantı mövcuddur. Avropa dövlətləri bu tələdən çıxmağı qərara alıblar. Onların əsas təşəbbüskarı isə E.Makrondur.

Məsələnin bu tərəfi geosiyasi aspektdə daha maraqlı və əhəmiyyətlidir. Çünki açıq deyə bilərik ki, indi Amerikanın liderliyinə qarşı yalnız Rusiya, Çin və Türkiyə müqavimət göstərmir, onlara Avropanın iki böyük dövləti - Fransa və Almaniya da qoşulmağa başlayır. Bu trend özünü təsdiq etsə, onda qlobal miqyasda fərqli bir mənzərə meydana çıxacaq.

Mənzərə dəyişir: Avropa Rusiya faktorunu qabardır

Hər şeydən öncə, artıq geosiyasi mübarizə sərhədinin Qərb-Rusiya və ya Qərb-Çin xətti üzrə getmədiyini qəbul etmək lazım gələcək. Bunun əvəzində bir neçə lokal fəal nüvəsi olan güc mərkəzləri formalaşmağa başlayır. Onun başlıca əlaməti isə Qərbin geosiyasi, siyasi, iqtisadi və sonra təhlükəsizlik sisteminin parçalanması ola bilər. Hazırkı mərhələdə Qərb başlıca olaraq iqtisadi-ticarət və geosiyasət aspektlərində iki düşərgəyə bölünür. Bir tərəfdə ABŞ və Böyük Britaniya var, digər tərəfdə isə Fransa və Almaniya. Rusiya və Çin bunlardan Fransa və Almaniyanı dəstəkləyirlər. Türkiyə isə hələlik özünün müstəqil mövqeyini qoruyub saxlaya bilir.

Digər fərqli məqam Aİ-nin Yaxın Şərq və miqrasiya məsələsində özünün müstəqil mövqeyini formalaşdırması ilə bağlı ola bilər. Bu istiqamətdə daha çox canfəşanlıq edən yenə də Fransadır. Yəni, əgər bu proses inkişaf etsə, Fransa, faktiki surətdə, Avropanın lideri statusuna yüksələ bilər. İndi Rusiya ilə yanaşı, Almaniya da Türkiyə ilə miqrasiya, Suriya, Liviya və İraq məsələlərini müzakirə etməyə meyllənir. Angela Merkelin Türkiyəyə nəzərdə tutulmuş səfərini həm də bu məqamla bağlayırlar.

Onun fonunda İran problemi xüsusi məzmunda özünü göstərir. Belə ki, Avropaİran-ABŞ münasibətlərindəki gərginlik narahat edir. Eyni zamanda, İranın nüvə silahına sahib olması daha da aktuallaşır. Artıq ABŞ və Böyük Britaniya bəyan ediblər ki, "İran heç zaman nüvə silahına sahib ola bilməyəcək". Bu bağlılıqda Vaşinqtonun B-52 strateji bombardmançılarını İrana yaxın məkanlarda yerləşdirdiyi haqqında informasiyalar yayılır. Bunun sonucu Yaxın Şərqlə yanaşı, Avropa üçün də faciəvi ola bilər. Nəzərə almaq gərəkdir ki, Tehran Amerikanın iranlı generalı öldürməsinə əsgəri cavab verəcəyini bəyan edib. Ekspertlər Tehranın 13 ssenari üzərində işlədiyi haqqında yazır.

Hər bir halda, Fransanın Rusiya ilə iqtisadi münasibətləri bərpa etmək təşəbbüsü ilə çıxış etməsi geniş aspektdə dərk edilməlidir və orada geosiyasi məqamın da yer alması ehtimalı az deyil. Paris geosiyasi proseslərdə tarixi dönüş yaratmağa cəhd göstərir. Bu, dayanıqlı bir geosiyasi konfiqurasiya meydana gətirə bilərmi?

Bu sualın müsbət cavabı əsas olaraq ABŞ-Çin qarşıdurması ilə bağlı ola bilər. Çünki bu qarşıdurmada Avropa təklənmiş vəziyyətdə olur. İki supergücün hər hansının tərəfində olsa, sonuc məlum olmayacaq. Rusiya ilə yaxınlaşmaqla isə hər ikisinin zərbəsindən yayınmaq imkanı əldə edir. Çin Rusiya faktorunu əsas tutaraq Avropaya toxunmayacaq, ABŞ da tam təklənməmək üçün Aİ-dən çox uzaqlaşmayacaq. Çünki Vaşinqton o halda Aİ, Rusiya və Çin kimi böyük güclərlə qarşılaşmış olur. Bu isə Amerikanın geosiyasi potensialına ciddi zərbə deməkdir.

Belə çıxır ki, E.Makron, əslində, strateji xarakterli oyun aparır. O, faktiki olaraq, Aİ-ni Amerikanın siyasi, iqtisadi, ticari və hərbi təsirindən çıxarıb müstəqil gücə çevirməyə çalışır. Bunun üçün Paris Rusiya və sonra da Çinlə münasibətləri inkişaf etdirməkdən belə çəkinmir. Burada rəqəmsal sferanın qabardılmasının da ayrıca önəmi vardır.

Əslində, bu barədə yenə də Fransa Prezidenti danışmışdı. O hesab edir ki, rəqəmsal texnologiya sahəsində Avropa tam milliləşməlidir. Çünki proseslər onu göstərir ki, əks halda, Avropa ya Amerika, ya da Çindən asılı vəziyyətə düşəcək. Konkret olaraq, Avropa cəmiyyətlərini kənar dövlətlər daha yaxşı öyrənib öz məqsədləri üçün istifadə edə bilər. Məsələn, ABŞ və ya Çin fransızlar haqqında ən həssas məqamları belə əhatə edən çox sayda informasiya toplayıb, onların sosial, siyasi, ideoloji və psixoloji fəaliyyətlərinə nəzarəti ələ ala bilər. Deməli, Parisin məhz rəqəmsal sferanı qabartması təsadüfi deyil.

Beləliklə, Qərbin öz daxilində geosiyasi liderlik uğrunda mübarizə yeni mərhələyə qədəm qoymuş olur. Bu mərhələnin başlıca özəlliyi Rusiyanın avropalılar tərəfindən fərqli mövqeyə qoyulmasıdır. Bunun kimə faydalı olacağını yaxın gələcək göstərəcək.

pia.az


Etiket: ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar