Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Miqrantlar Azərbaycana üz tutarsa... - Azərbaycan buna hazırdımı?

Azərbaycan bu təhlükəyə nə dərəcədə hazırdır?...

Hazırda bölgədə gedən gərgin siyasi proseslər hamıya məlumdur. Belə gərginliklər, hərbi toqquşmalar isə yaxın ölkələrə miqrasiya axınına səbəb olur, bu axını gücləndirir.

Bəs bununla bağlı ölkəmizdə vəziyyət becədir? Azərbaycan iqtisadiyyatına qonşu ölkələrin birindən miqrantların qəfil kəskin axını necə təsir edə bilər? Azərbaycan öz iqtisadiyyatına mənfi yük gətirməyəcək şəkildə hansı həcmdə miqrant qəbul etmək iqtidarındadır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran N. Nəcəfli bildirib ki, bu axın ölkəmizdə bir çox prosesə ciddi dəyişiklik edə bilər:

“İstənilən bir ölkəyə çoxlu sayda miqrant və yaxud da qaçqın gəlsə, sosial-iqtisadi problemlərə səbəb olur. Necə ki, Türkiyənin timsalında biz bunu görürük. Ərazisi bizdən 11 dəfədən də çox böyük, əhalisi isə təxminən bizdən 10 dəfə çox olan ölkəyə suriyalılar gəldikdə, ciddi narazılıqlar yarandı. İqtisadiyyata çox ciddi təsir etdi, inflyasiya səbəbi oldu. Həm də Türkiyənin öz daxili resursları hesabına 35 milyard dollardan çox qaçqınlara vəsait xərclənib, bu da əhalinin o qədərdə xoşuna gəlmir. Bu proses Türkiyədə sosial iqtisadi problemin artmasına səbəbdir. Həmçinin işsizliklə bağlı problemlr də artıb. Buna səbəb də şirkətlərin daha az maaşla suriyalıları işə götürməsidir.

Türkiyə 80 milyonluq ölkədir, orada 4 milyon qaçqın böyük problemə səbəb olursa (bu da təxminən əhalinin 5 %-ni əhatə edir), Azərbaycanda da 10 milyon əhali var, bizim əhalinin 5%-i də 500 min edir. Bu sayda miqrantın Azərbaycana gəlməsi belə ölkəmizdə böyük fəsadlara səbəb ola bilər.

Vergi toplanması qabiliyyəti, dövlət büdcəsinə yük, dövlətin sosial layihələrinin həyata keçirilmə tempi, pensiya fonduna ayırmaların miqdarı və s. bu kimi məsələlərə mütləq təsiri olacaq. Çünki ərazisində qaçqınları qəbul edən ölkə onları ilkin həyat ehtiyacları ilə təmin etməyə borclu olur. Qaçqınlar üçün qaçqın şəhərciklərinin, çadırlarının salınması, ərzaq, tibbi yardım, azyaşlılara göstərilən xidmətlər və s. bunların hamısı əlavə vəsait tələb edir.

Burada təbii ki, insanlıq dramı məsələsi də var. Burda hər şeyi iqtisadiyyat və maliyyə ilə də ölçmək doğru olmaz. Burada humanitar problemlər – insanların dəstək verməsi, onların əl tutması və s. ilkin mərhələdə ola bilər ki, insanlar bunu xoş qarşılaya bilərlər. Azərbaycanda onların qalma vaxtı artdıqca əhali arasında ciddi narazılıqlara səbəb olacaq.

Hamı bilir ki, İranda müharibə olarsa, ordan bizə böyük həcmdə miqrant gəlmə ehtimalı var. Təbii ki, gələnlər valyuta ilə gəlmiyəcəklər. Azərbaycanda qalıb işlədikcə, onu da valyutaya çevirmək və gələcəkdə geri dönərkən istifadə etmək fikrinə düşəcəklər. Bu da valyutaya olan tələbatı artıracaq. Qaçqınların sayının çox olması ərzağa, dərmanlara, geyimə və s. tələbatı artıracaq. Azərbaycanda da bu sahələr öz-özünü tam təmin etmədiyi üçün daha çox valyutanın xaricə çıxmasına səbəb olacaq.

Ekspert həmçinin miqrasiya axını baş verəcəyi təqdirdə mənzil bazarında baş verə biləcək dəyişikliklər haqqında da məlumat verib:

“Burda əsas söhbət qaçqın şəhərciklərinin salınmasından, vaqon şəhərciklərinin salınmasından gedə bilər ki, bu da tikinti bazarına o qədərdə təsir etmir. Əgər onlar qalıcı olsalar, onlar üçün mənzillər evlər tikilsə, bu təsir edə bilər. Biz hələ öz qaçqınlarımızı tam təmin edə bilməmişik. Müvəqqəti yaşayış üçün avadanlıqların qiyməti qalxa bilər”.

Sosioloq Sənubər Heydərova da məsələnin cəmiyyətə mənfi təsirini şərh edib:

“Mən bir müddət BMT-nin qaçqınlarla iş üzrə komitəsi ilə müqaviləli sosial işçi vəzifəsində işləmişəm. Bu vaxt mənə heç kimin bilmədiyi çox şey aydın oldu. Ölkəmizə əslində miqrant axını var. Sadəcə olaraq, onlar həm gözə çox çarpmırlar, həmdə ki, onların sosial müdafiəsi çox pis təmin olunur. Bu miqrantlar daha çox əfqanlardır. Bundan əvvəl Azərbaycana ən böyük miqrant axını çeçenlər tərəfindən olub. Bu zaman müəyyən çətinliklərlə üzləşmişik. Məsələn müəyyən cinayətkar qrupları və dini radikal birləşmələr yaranmışdı.

Azərbaycan açıq, dünyəvi və rahat yaşanan yerdir. Bəzi miqrantlar Azərbaycana gəldikdən sonra peşman olurlar. Çünki ölkəmizdən birinci dünya ölkələrinə keçid yoxdur. Azərbaycan höküməti rəsmi şəkildə miqrant qəbul etmədiyini dediyinə görə, ölkənin onların qarşısında heç bir öhdəliyi yoxdur.

Əgər İranda müharibə başlasa, İrandan Azərbaycana miqrant axını qaçınılmaz olacaq. Sosial vəziyyət ölkədə piləşə bilər. Ölkənin öz sosial vəziyyəti də sabit deyil. Biz də yeni inkişafa qədəm qoyan ölkələrdənik. Müxtəlif inkişaf etmiş ölkələrə miqrant axını olur. Lakin böyük təsirləri olmur. Çünki artıq orada 100 illik ənənələr kök salıb. Bizim yaşımız isə heç yarım əsr deyil. Böyük çətinliklər yaşaya bilərik”.

pia.az

 


Etiket: miqrantlar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar