Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ABŞ-ın hərbi bazasına raket endirdi - Qlobal müharibə, yoxsa...?

Gərginlik demək olar ki, son həddədir və hər kəs ABŞ-ın verəcəyi cavab zərbəsini gözləməkdədir...

Politoloq: “İran ABŞ-ı Yaxın Şərqdən çıxmağa çağırır. Bu çağırış da kifayət qədər gülünc görünür”.

İran endirdiyi raket zərbələrinin nəticəsinin olmadığını görəndən sonra danışıqlar masasında oturmağa məcbur olacaq”.

Bu sözləri politoloq Qabil Hüseynli bu axşam İranın ABŞ-a məxsus hərbi bazasına endirdiyi raket zərbələrinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

İranın İnqilab Keşikçiləri Korpusu bu axşam İraqda ABŞ-a məxsus “Eyn əl-Əsəd” hərbi bazasına doqquz raket zərbəsi endirib. İnqilab Keşikçiləri Korpusu bəyanat yayaraq ABŞ-a qarşı “Şəhid Süleymani” kod adı altında əməliyyatın başladığını elan edib.

KİV-lər xəbər verib ki, İranın İraqdakı “Ayn əl-Əsəd” aviabazasına endirdiyi raket zərbələri nəticəsində İraq ordusunun bir zabiti həlak olub, daha beş hərbçisi yaralanıb. Amerika Hərbi hava Qüvvələri bazanın bir hissəsindən istifadə edir, qalan hissəsində İraq ordusunun qüvvələri yerləşdirilib.

İnqilab Keşikçiləri Korpusu İraqdakı ABŞ bazasına olan zərbəsi barədə məlumat yayan İran xəbər agentlikləri isə raket zərbələri nəticəsində 80 Amerikan əsgərinin ölməsi ilə bağlı məlumat yayıblar.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın raket hücumundan sonra “Twitter”-dəki səhifəsində “Hər şey qaydasındadır”, yazıb.

Gərginlik demək olar ki, son həddədir və hər kəs ABŞ-ın verəcəyi cavab zərbəsini gözləməkdədir. Bəs hadisələrin inkişafı qlobal müharibəyə qədər inkişaf edə bilərmi, yoxsa sağlam düşüncə qalib gələcək? Həmçinin İran Dubayı və İsraili özünün əsas hədəfləri arasında göstərib. İran bu sözünü tutarsa, bölgədə nələr baş verər və xaos haralara qədər yayıla bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “İranın başqa dildə danışmağı sadəcə olaraq ya siyasi naşılıqdan irəli gəlir, ya da İran siyasi reallıqları öz xeyrinə dəyərləndirmək istəyir”.

Avropa Birliyinin proseslərə ciddi şəkildə müdaxilə etdiyini vurğulayan politoloq əlavə edib ki, ABŞ tərəfi də danışıqlara hazır olduqlarını bəyan ediblər. Eyni zamanda İran tərəfindən də buna bənzər fikirlər səsləndirilməkdədir:

“Əvvəlcə İranın ABŞ-a məxsus hərbi bazasına neçə raket zərbəsinin endirdiyini dəqiqləşdirmək lazımdır. Çünki İran əvvəlcə 20 raket daha sonra 9 raket zərbəsini endirdiyini dedi. İndi isə ABŞ tərəfi İrandan hərbi bazaya 2 raket zərbəsinin endirildiyini qeyd edir. ABŞ indi raket zərbələri nəticəsində dəymiş ziyanın məbləğin hesablayır. Onu da qeyd edim ki, hətta İran tərəfi bir təyyarənin məhv edildiyini deyir. Amma ABŞ tərəfi təyyarənin məhv edilməsini hələ ki, açıqlamayıb.

Bu gün tərəfləri danışıqlar masasında oturtmaq üçün Avropa Birliyi, Türkiyə səylərini gücləndirib. Əvvəlki qisas, müharibəyə çağrışlar xeyli səngiyib. Güman edirəm ki, artıq məsələ siyasətçilərin və siyasi icmaçıların məcrası üzrə getməyəcək. Müharibə təhlükəsi də dünəndən real görünmür. Çünki Avropa Birliyi proseslərə ciddi şəkildə müdaxilə edir və vasitəçi rolunda çıxış edir. ABŞ tərəfi də danışıqlara hazır olduqlarını bəyan ediblər. Eyni zamanda İran tərəfindən də buna bənzər fikirlər səsləndirilməkdədir.

İran endirdiyi raket zərbələrinin nəticəsinin olmadığını görəndən sonra danışıqlar masasında oturmağa məcbur olacaq. Çünki İrana qarşı yeni sanksiya tətbiq edilib və İran iqtisadiyyatı ağır vəziyyətdədir. Buna görə də İranın müharibə aparmağa gücü çatmaz. İran yalnız müəyyən terrorçu qruplaşmalarının səyi ilə ABŞ-a meydan oxumağa çalışır. Hətta İran ABŞ-ı Yaxın Şərqdən çıxmağa çağırır. Bu çağırış da kifayət qədər gülünc görünür.

Qabil Hüseynli: “Bundan sonra müharibə hədələrinin daha da azalacağını və danışıqlar prosesinə çağrışların daha da güclənəcəyini proqnozlaşdırıram”.

Hesab edirəm ki, ABŞ-ın təyyarəsi məhv olsa belə, İrana qarşı irimiqyaslı müharibəyə gətirib çıxaracaq zərbə endirməyəcək. Amma ABŞ İrana qarşı sanksiya tədbirlərini sərtləşdirəcək və İranın iqtisadi blokadasını gücləndirəcək. Həmçinin ABŞ İranı içərisindən sarsıtmaq, boğmaq siyasətini davam etdirəcək. İranı məhv etmək üçün ABŞ-a cəmi 24 saat vaxt lazımdır. İran da bunu bilir. Buna görə İranın başqa dildə danışmağı sadəcə olaraq ya siyasi naşılıqdan irəli gəlir, ya da İran siyasi reallıqları öz xeyrinə dəyərləndirmək istəyir.

Mən bundan sonra müharibə hədələrinin daha da azalacağını və danışıqlar prosesinə çağrışların daha da güclənəcəyini proqnozlaşdırıram.

Qabil Hüseynli: “İsrailin əlində elə silahlar var ki, İranın istənilən ərazisinə hava zərbələri, raket zərbələri endirə bilər”.

Bəzən İrandan səslənən qisasçı çağrışları insan təbəssümlə qarşılayır. İran İsraili yer üzərindən necə silə bilər? İran İsrailə 5-6 balisstik raket atsa, İsrailin həmin raketlərə qarşı müdafiə qüvvələri var. İsrailin əlində elə silahlar var ki, İranın istənilən ərazisinə hava zərbələri, raket zərbələri endirə bilər. ABŞ-da bu prosesə İsrail tərəfindən qoşula bilər və demək olar ki, İranı tərki silah vəziyyətə gətirə bilər. İran tərəfindən edilən müharibə çağrışları onların xeyrinə deyil.

Əgər İran Dubayı vursa, bu bütün dünyanın qəzəbinə səbəb ola bilər. Çünki Dubay azad-iqtisadi zonadır. Hesab edirəm ki, istifadə edilən jarqonlardan tərəflər əl çəkməlidirlər. Bu jarqonları dəyərləndirən müşahidəçilər və yorumçular da çox diqqətli olmalıdırlar”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar