Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Süleymaninin öldürülməsi Qərb tarixində dönüş nöqtəsidir”

"Der Spiegel": "Avropanın ABŞ-a münasibəti kökündən dəyişəcək"...

“Der Spiegel”,

07.01.2020

Donald Trampın İranın mədəni abidələrini məhv etmək təhdidi sivilizasiyanın parçalanmasıdır. Əgər Tramp bunu etsə, “Taliban”la bir sırada dayanacaq. Avropa Qərbdə tək qalacaq.

İranlı general Qasım Süleymaninin öldürülməsi Qərb tarixinə dönüş nöqtəsi kimi düşəcək, özü də təkcə Yaxın Şərqdə hərbi eskalasiyanın artıq qaçılmaz hala gəldiyinə görə yox.

Vaşinqtonun Avropadakı müttəfiqləri ilə razılaşmadan həyata keçirdiyi məqsədyönlü sui-qəsd onsuz da kövrək transatlantik tərəfdaşlığı və Qərb ittifaqını daha da parçalaya bilər.

Bu konfliktin Avropanın ABŞ-a münasibətini kökündən dəyişdirəcəyinə işarə edən bir çox şey var.

Almaniya və Avropa hələ İran-ABŞ münaqişəsində özləri üçün bir rol tapmayıblar. Bu elə də asan deyil. Bir tərəfdən İran və onun müttəfiqləri vasitəsilə bölgədə stabilliyi poza biləcək rəhbərliyi. Digər tərəfdən, Avropa müttəfiqlərinin iradəsinə zidd olaraq nüvə sazişinə xitam verən və bununla da eskalasiyaya təşəbbüs göstərən ABŞ. Onlar Avropanın maraqlarına məhəl qoymadı.

Son iki günün təhdidlərinə əsasən, ABŞ prezidenti Donald Tramp oxşar dəyərlərə əsaslanaraq Qərb ictimaiyyəti ilə vidalaşmaq niyyətindədir. O, açıq şəkildə Qərbin təməl prinsiplərini sual altına aldı.

İranın mədəni irsini məhv etmək təhdidi ilə Amerikanın yüz ildən artıqdır müharibə prinsiplərini sivilizasiyalı tənzimləyən Quruda Müharibə Qanunları və Ənənələri haqqında Haaqa Konvensiyasını tanımasını şübhə altına aldı.

Təhdidini həyata keçirsə, bu bir sivilizasiya parçalaması olacaq, Taliban tərəfindən Bamiyan Vadisində Əfqan heykəllərinin dağıdılmasını xatırladan vəhşilik olacaq.

Avropa Qərb prinsiplərinə bu qədər açıq şəkildə qarşı olan Amerikadan daha aydın şəkildə uzaqlaşmalıdır.

Bazar günü kansler Angela Merkelin Fransa prezidenti Emmanuel Makron və İngiltərə Baş naziri Boris Consonla birlikdə yaydığı bəyanat ilk növbədə İrana ünvanlanıb.

ABŞ-ın hərəkətləri orada heç xatırlanmayıb. Beləliklə, Avropa öz nüfuzuna zərbə vurur.

Avropalıların həddindən artıq ehtiyatlılığı Trampı sakitləşdirməyəcək. Əksinə, ABŞ-ın növbəti eskalasiya üçün həvəslənmək təhlükəsi artır.

O zaman Avropa müttəfiqləri tezliklə xoşagəlməz qərarlar qəbul etməli olacaqlar: Amerikalılar İranın qisas almasını NATO-nun kollektiv özünümüdafiə halı elan etsələr, nə olacaq?

Avropalılar Amerikanın İranla qarşıdurmasına cəlb edilə bilməyəcəklərini açıq şəkildə bildirməlidirlər. NATO üçün bu sınaq ola bilər. Rusiyanın deyil, məhz İranın transatlantik ittifaqı imkanlarının son həddinə çatdıracağı istisna edilmir.

(Tərcümə Strateq.az)

pia.az


Etiket: Tramp Süleymani

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Ən çox oxunanalar