Rusiya prezidenti Vladimir Putin Dəməşqə səfər edib...
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
V.Putin Rusiya Silahlı Qüvvələrinin Suriyadakı komanda məntəqəsində Suriya prezidenti Bəşşar Əsədlə görüşüb.
Görüş Rusiya Silahlı Qüvvələrinin Suriyada yerləşən komanda məntəqəsində baş tutub.
“Onlar ölkənin müxtəlif regionlarındakı vəziyyətlə bağlı hərbi hesabatı dinləyiblər”, - deyə Kremlin sözçüsü əlavə edib.
pia.az