Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xoşqədəm Qənirə Paşayevadan gileyləndi:"Uman yerdən küsərlər"

Xoşqədəmlə Qənirə Paşayeva mübahisə etdilər...

Millət vəkili Qənirə Paşayeva ilə aparıcı Xoşqədəm Baxşəliyeva arasında mübahisə düşüb.

Axşam.az xəbər verir ki, buna səbəb Paşayevanın ötən ilin noyabrında itkin düşən və dünən meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı paylaşımı olub. Deputatın yazdıqlarına aparıcı sərt reaksiya verib və onu qınayıb:

"Nərmin itəndə sizi orada görmək istəyərdim, ölüsü ortaya çıxdıqdan sonra yox, hörmətli Qənirə xanım. Həftələrdir bu axtarış gedir. Bəlkə bir az sərt oldu, amma uman yerdən küsərlər, bağışla".

Xoşqədəmin sözlərinə biganə qalmayan Q.Paşayeva "Mən o dairənin Millət vəkili olmasam da, hüquq mühafizə orqanları ilə hər gün bu barədə danışırdıq. Mənim axtarış imkan və səlahiyyətim yoxdur. Daim maraqlana bilərəm, hüquq mühafizə orqanları da bu məsələ ilə bağlı nə qədər maraqlandığımı bilir. Əgər sizə maraqlı idisə özümdən və ya onlardan soruşa bilərdiniz. Fikrinizi necə ifadə etmək istəyirsiniz, o cür də edə bilərsiniz. Amma gerçəkləri bilin istədim" cavabını verib.

Daha sonra deputatla aparıcı arasınbda mübahisə böyüyüb. Xoşqədəm qarşı tərəfə "Ola bilər, amma bu axtarışda şəxsən iştirak edən biri kimi bunun şahidi olmadım. Bunu yalnız sizə yaza bilərəm, uman yerdən küsərlər, dedim" sözlərini əlavə edib.

"Hüquq mühafizə orqanlarına müraciət edirik. Millət vekili olaraq bu cür addım atmalıyıq. Amma bu prosesdə sizin fəaliyyətinizdə başqa nəsə edə bilərdiksə, əmin olun, söyləsəniz edərdik. Bunu ən yaxşı siz bilirsiniz. Amma bu cür hadisələrdə davamlı hüquq mühafizə orqanlarına müraciət edirik və qanunla başqa səlahiyyətimiz yoxdur. "Uman yerdən küsərlər" fikrinizə sayğı ilə yanaşıram. Amma bu cür işlərdə ancaq qanunla daşıdığımız səlahiyyət çərçivəsində hərəkət edə bilirik" deyərək, Q.Paşayeva məsələyə aydınlıq gətirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar