Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süleymani, şeytan və ABŞ - Tarix təkrar olunur...

Vaxtilə Səddam devrilsə də, ona görə milyonlarla insan da qurban getdi. Üstəlik, bu hadisə Qasım Süleymaninin meydana çıxmasına şərait yaratdı və eynilə Səddam kimi o da vaxtı çatanda öldürüldü...

Zekeriya Kurşun

“Yeni Şafak” qəzeti, Türkiyə 6 yanvar 2020-ci il

Zor zamanlardan deyil, atəş çəmbərindən keçirik. Hətta sadəcə keçmirik, atəş içində yaşayırıq. Üstəlik bu bizim yandırdığımız atəş deyil, amma bu atəşin yanmasına kömək edirik, atəşin üstünə su yerinə benzin tökürük. 

Son zamanlar baş verən hadisələrə baxdıqda görürük ki, biz özümüz də bəzən vəziyyəti düzəltmək əvəzinə, daha da çətinləşdiririk. Bir neçə gün içində coğrafiyamızda yaşananlara baxın, o zaman nə demək istədiyimi anlayacaqsınız. Bu anormal vəziyyət baxışımıza, duruşumuza, danışığımıza təsir edir: kədərlənməkdə, ya da anlamsız sevincə boğulmaqdayıq.

1980-ci illərdən bəri meydanda olan və 1998-dən etibarən Əfqanıstandan Yəmənə qədər əməliyyat aparan güclü komandir Qasım Süleymani öz yatağında ölsəydi, görəsən, nə düşünəcəkdik? Xüsusilə də, Süleymaninin ölümü ilə bağlı “dərin təhlillər” aparan ağıl dəryalarından soruşmaq lazımdır ki, Süleymani sadə bir şəkildə ölsəydi, nəyi müzakirə edəcəkdiniz? Deyəsən, heç nəyi.

Məsələyə bir də başqa tərəfdən baxaq. Bəs kimliyindən, şəxsiyyətindən, məzhəbindən və fəaliyyətindən asılı olmayaraq, ABŞ bir dövlətin vətəndaşına qarşı başqa ölkədə əməliyyat keçirsəydi, buna nə reaksiya verəcəkdiniz? Bu əməliyyatın xaosu, zülmü, qeyri-sabiq və müharibəni bitirmək məqsədilə həyata keçirildiyinə inanardınızmı? Bu əməliyyat nəticəsində qərbli ilə şərqli, sünni ilə şiə, qısaca, insanla insan bir-birinə düşmən olmazdımı?

Bəs onda nəyə sevinirsiniz?

Süleymaninin ardından yas saxlamıram, lakin obyektiv düşünməyə çalışıram. Dünyada və bölgədə əli qanlı bu qədər insanı görməyən, hətta dəstəkləyən ABŞ-ın Süleymanini ortadan qaldırması, sizcə, region üçün bir yaxşılıq hesab oluna bilərmi? Talibanın ortadan qaldırılması, Bin Ladenin, Bağdadinin öldürülməsindən sonrakı vədləri və gözləntiləri yenidən xatırlayın. Süleymanini ortaya çıxaran şərtləri hazırlayan ABŞ-ın bu əməli beynəlxalq sistemə, sınıq şəkildə də olsa davam edən dünya nizamına və hüquq sisteminə qarşı endirilmiş bir zərbə deyilmi?

Onda buna niyə kədərlənmirsiniz?

Bu əməliyyat ABŞ-ın klassik taktikalarından biridir. Lakin hücumlara, cinayətlərə ümid bəsləyən, öz cəlladına xidmət edən qrupların və fərdlərin çıxardığı hay-küylə həqiqəti gizləyirlər. Süleymaninin İslam dünyasındakı pis şöhrətini, Mehdi adına qan tökməyini və səbəb olduğu digər hadisələri unutmamaq lazımdır. Amma Türkiyəni təhdid edən və terror yuvası olan PYD/YPG-ni bu ölkəyə qarşı kim bəsləyir? Yüz minlərlə insanın canını alan Suriya məsələsinin səbəbkarlarını hələ qoruyan kimdir? Yəməndə on minlərlə insanın ölümünə səbəb olan müharibənin arxasında kim dayanır? 

Liviyada BMT-nin tanıdığı rəsmi hökuməti ortadan qaldırmağa çalışan və rəqibləri ilə ortalıq edən vətəndaşlarından intiqam almağa söz verən Həftar bu gücü haradan alır? Hər şeyi bir tərəfə qoyub başqa bir sualı da araşdırmaq lazımdır: Qaşıqçı cinayəti ilə Süleymaninin öldürülməsi arasında nə fərq var?

2003-cü ilin əvvəlində soyuq bir qış günü ABŞ-ın İran qarşısında böyütdüyü Səddamın devrilməsi ilə bağlı planların hazırlandığı bir toplantıya dəvət edilmişdim. Orada kimi axtarsaq, tapmaq olardı: şiə, sünni, kürd, türkmən, ərəb, assuri, keldan, yezidi... Xülasə, özbaşına qaldıqda birlikdə yaşaya bilən, amma aralarına kimsə girdikdə bir-birini öldürən şəxslər. Təbii ki, illər sonra Liviyanın Qəddafiyə qarşı toplanan müxalifət toplantısında da gördüyüm kimi burada da plana rəhbərlik edən ABŞ nümayəndəsi var idi.

Həmin iclasda Səddamı devirmək üçün səbrsizlənən şəxsləri yöndəmsiz hərəkətlərlə təsdiq edən ABŞ nümayəndəsinə belə bir sual verdim:

“Səddamı heç birimiz sevmirik. Amma onun devrilməsindən ən çox kim istifadə edəcək? Üstəlik, onu devirsək, yerinə daha betər birinin gəlməyəcəyinə kim qarantiya verə bilər?”

Hər kəs ABŞ nümayəndəsinə baxarkən İraqın Londondakı sabiq səfiir Necdət Səffət bir anekdot danışaraq buna cavab verdi və bu anekdot bu günü də izah edirdi:

İraqda yaşayan yezidilərə sual veriblər ki, niyə Allah dura-dura şeytana ibadət edirsiniz? Onlar da belə cavab verir: 

- Allahın rəhməti və bərəkəti genişdir. Şeytan isə rəhmsizdir. Allah sizi də, bizi də bağışlayır. Amma şeytan heç vaxt belə etməz. Buna görə də, ibadətimizlə onu razı etməyə çalışırıq”.

Bu cavab ABŞ nümayəndəsinin üzünə bir şillə kimi dəydi. Bəs sonra nə oldu? Bir neçə ay ərzində o həvəsli adamların tələbi ilə başlayan işğal Səddamı devirsə də, milyonlarla insanın ölümünə səbəb oldu. Üstəlik, Qasım Süleymaninin meydana çıxmasına şərait yaratdı və eynilə Səddam kimi o da vaxtı çatanda öldürüldü.

Böyük bir gələcək qurmaq ümidilə o salona yığılan insanlar indi nə düşünür, görəsən?

Həmçinin, yenidən sual vermək lazımdır: Nəticə dəyişməyəcəksə, daha nədən qorxursunuz?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar