Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandakı həlak olan 4 azərbaycanlıdan daha ikisinin kimliyi məlum oldu - Foto

Xəbər verdiyimiz kimi, yanvarın 5-də İranın Ərdəbil əyalətində 4 nəfər Azərbaycan vətəndaşı yol qəzasına düşüblər...

Baş verən yol-nəqliyyat hadisəsində dünyasını dəyişən 4 nəfərdən digər ikisinin də kimliyi məlum olub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Ərdəbil əyalətində baş verən yol-nəqliyyat hadisəsində dünyasını dəyişən Neftçala şəhərinin 65 yaşlı “mer” əvəzi Bəybala Qasımovun ürək xəstəsi olduğu məlum olub. B. Qasımov İrana da onu müşayiət edən həyat yoldaşı ilə birgə müalicə məqsədi ilə gedibmiş.

Bildirilir ki, bir neçə il əvvəl Azərbaycanda həkimlər ona xəstəliyinə görə ürək əməliyyatı keçirməli olduğunu desələr də, o müalicə üçün İran həkimlərinə üz tutub və heç bir əməliyyatsız müalicəsi uğurla davam edib.

Qeyd edək ki, həlak olan ər-arvadın yaxın saatlarda İrandan Azərbaycana gətirilərək torpağa tapşırılacağı gözlənilir.

Xatıqladaq ki, ötən gün İranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd Azərbaycan vətəndaşı ölüb. Ərdəbil əyalətinin yol polisi hadisənin Rəzi-Ərdəbil maqistral yolunda baş verdiyin bildirib. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 2 nəfər yaralanıb. Polisin bildirdiyinə görə, "Samand" və "Peugeot" markalı avtomobillərin toqquşması nəticəsində baş verən hadisədə xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Hadisənin baş verməsinə yolun sürüşkən olması səbəb olub.

Bildirilirdi ki, ölənlərin ikisi İrana müalicə məqsədi ilə gedən Biləsuvarın Çaylı kənd sakinləri-1956-cı il təvəllüdlü Mürşüd Kərimov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Müşkünaz Kərimovadır.

* * *

Ötən gün İranın Ərdəbil əyalətində baş verən yol-nəqliyyat hadisəsində dünyasını dəyişən 4 nəfərdən digər ikisinin də kimliyi məlum olub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, bunlar Neftçala şəhər sakinləri-1955-ci il təvəllüdlü Bəybala Soltan oğlu Qasımov və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Qasımova Nəzakət Zeynal qızıdır.

Əldə etdiyimiz məlumata görə, Bəybala Qasımov hadisəyə qədər Neftçala şəhəri üzrə İnzibati Ərazi Dairəsinin nümayəndəsi vəzifəsini müvəqqəti icra edib, Nəzakət Qasımova isə Neftçala şəhər 2 saylı körpələr evi-uşaq bağçasının direktoru olub.

Xatıqladaq ki, ötən gün İranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd Azərbaycan vətəndaşı ölüb. Ərdəbil əyalətinin yol polisi hadisənin Rəzi-Ərdəbil maqistral yolunda baş verdiyin bildirib. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 2 nəfər yaralanıb. Polisin bildirdiyinə görə, "Samand" və "Peugeot" markalı avtomobillərin toqquşması nəticəsində baş verən hadisədə xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Hadisənin baş verməsinə yolun sürüşkən olması səbəb olub.

Bildirilirdi ki, ölənlərin ikisi İrana müalicə məqsədi ilə gedən Biləsuvarın Çaylı kənd sakinləri-1956-cı il təvəllüdlü Mürşüd Kərimov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Müşkünaz Kərimovadır.

Neftçala şəhər “meri”nin və həyat yoldaşının nəşinin sabah İran İslam Respublikasından gətirələrək yaşadıqları Neftçala şəhərində torpağa tapşırılacağı gözlənilir.

pia.az


Etiket: İran qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar