Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İraqa qarşı sanksiyalar hazırlamağa başlayıb

ABŞ İraq parlamentinin xarici qoşunların ölkə ərazisindən çıxarılması haqqında qətnaməni qəbul etməsi ilə əlaqədar rəsmi Bağdada qarşı sanksiyalar hazırlamağa başlayıb...

Bu barədə ABŞ administrasiyasının nümayəndələrinə istinadən “The Washington Post” qəzeti bildirib.

Məlumata görə, xüsusi halda ABŞ biznesmenlərinə İraqın işgüzar dairələri ilə işləməyin qadağan olunması imkanına baxılır.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp rəsmi Bağdadı Birləşmiş Ştatlara qarşı düşmənçilik nümayiş etdirəcəyi təqdirdə iqtisadi sanksiyalarla hədələyib.

Sanksiyaların tətbiqində əsas rolu Ağ Ev və ABŞ-ın Maliyyə Nazirliyi oynayacaq.

"Belə addımlar müttəfiqə qarşı olduqca qeyri-adi hərəkət olacaq, hansı ki, ABŞ demək olar, 20 il dəstəkləyirdi və ona yüz milyardlarla dollar xərclədi”, - nəşr qeyd edir.

Bununla belə, qeyd edilir ki, indiki müzakirələr ilkin xarakter daşıyır və iqtisadi tədbirlərin reallaşdırılacağı aydın deyil. Mənbələrdən birinin sözlərinə görə, rəsmi Vaşinqton Bağdadın sonrakı bəyanatlar yayıb-yaymayacağını görmək üçün bir az gözləmək niyyətindədir.(report)

pia.az


Etiket: ABŞ İraq sanksiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar