Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“80 dollara doğru...” - ABŞ-İran gərginliyinin artırdığı neft qiymətlərini nə gözləyir?

“2019-cu ilin mayından dünya birjalarında Brent markalı neft indiyə qədər 70 dollardan yuxarı həddi keçməmişdi. Buna səbəb isə ABŞ və İran arasında yaşanan siyasi gərginlikdir”...

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib. O, neftin qiymətinin artmasını belə şərh edib:

“CNBC-yə verdiyi müsahibədə “Energy Aspects” şirkətinin təhlilçisi Amrita Sen bildirib ki, bazarın qeyri-sabitliyi və neft qiymətlərinin hazırkı artımı İranın general Süleymaninin ölümünə necə cavab verəcəyi sualının bazar iştirakçıları üçün məçhul olması ilə əlaqədardır. Onun sözlərinə görə, belə bir təhlükə var ki, İran Körfəzi bölgəsindəki ABŞ-a dost olan ölkələrin neft obyektlərində təxribat edə bilərlər, necə ki, ötən ilin sentyabrında “Saudi Aramco” şirkətinin neft obyekləri dronlarla hücumlarla məruz qalmışdılar.

London “İCE Futures” əmtəə birjasında Brent markalı neftin bir barelinin qiyməti Bakı vaxtı ilə 10:30-da 70,17 dollar təşkil edib. Bu da əvvəlki sessiyanın yekun qiymətindən 1,57 dollar (2.29%) çoxdur. Ancaq bu gün elektron hərraclara start verilərkən Brent markalı neftin bir barelinin maksimum qiyməti 70,75 dollar cıvarında qiymətləndirilib.

Xatırladaq ki, cümə günü ticarət nəticəsində fyuçerslər 2,35 dollar (3,55%) bahalaşaraq bir barelə görə 68,86 dollara qədər yüksəlmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin fevral ayındakı fyuçersləri bazar ertəsi 1,26 dollar (2%) bahalaşaraq 64,31 dollara çatıb. Cümə günü bazarın bağlanması zamanı əvvəlki sessiya ilə müqayisədə neft 1,87 dollar (3,06%) artaraq 63,05 dollara bərabər olmuşdu.

“Bloomberg” agentliyi xəbər verir ki, bu arada ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumların artması riski barədə xəbərdarlıq edib. “Riskin artımını nəzərə alaraq neftin bundan sonra daha yüksək qiymətlərə istiqamət götürmək potensialını müşahidə edirik”, - deyə “Rapidan Enerji” şirkətinin prezidenti Bob Maknalli bildirib.

Qlobal neft bazarı üçün əsas risklərdən biri İranın Körfəz ölkələri tərəfindən istehsal olunan neftin böyük bir hissəsinin ixrac edildiyi Hörmüz boğazını bağlamasıdır. Rəsmi Tehran Qərbin ona qarşı təzyiqləri zamanı əks həmlə kimi daim bu varianta əl atmaq məsələsini gündəmə gətirir. Son zamanlar ABŞ-ın İrana qarşı sanksiyalarının gücləndirilməsi fonunda Hörmüz boğazı ətrafında gərginlik də artır”.

Ekspert həftə ərzində neftin qiymətinin hansı istiqamətdə dəyişəcəyi məsələsi ilə bağlı öz proqnozunu verib:

“Bu təbii ki, ABŞ-İran münasibələrinin hansı məcrada inkişafından asılı olacaq. Əgər biz yaxın günlərdə ABŞ-a qarşı təkcə birbaşa İran tərəfindən deyil, eləcə də dünyanın müxtəlif güşələrindəki şiə qruplaşmaları tərəfindən hansısa cavab həmlələrinin edildiyini görəcəyiksə, onda bu hadisə neft bazarı üçün risklərin artımı demək olacaq və nəticədə neft qiymətləri 80 dollara doğu irəliləməyə meylli olacaq, çünki böyük ehtimalla ABŞ da məsələni seyrçi kimi müşahidə etmək fikrində olmayacaq. Yox əgər İran tərəfi bir qədər dözüm nümayiş etdirib çoxlarının gözlədiyi cavabı gecikdirsələr, onda neft qiymətləri yenidən 65 dollar ətrafında ticarət edilə bilər”.

İlham Şaban həmçinin Azərbaycandakı vəziyyətlə bağlı da məlumat verib:

“Dünyada yaşanan siyasi gərginlik, baxmayaraq ki, hamı sabitlik arzu edir, neftin qiymətini artırır. Azərbaycan üçün qiyməti 55 dollardan götürmüşük. Hazırda 70 dollardan yuxarıdır. İl uğurlu başlayıb. Neftimiz 15 dollar proqnozdan artıq qiymət ilə satılır. Bunun nə qədər davam edəcəyi bəlli deyil. Ancaq hər dolların artımı büdcəmizə gələn xeyli gəlir deməkdir. Tarixdə bu qədər büdcə defisiti olmayıb. Təxminən 2 milyard manat büdcə defisti büdcədə var. Hökümət özəlləşdirmə, xarici borclanma, daxildə hansısa neft sirlərinin buraxılması və s. Bu addımları atmadan neftin artım qiymətləri sayəsində bu defisiti bağlaya bilər. O defisiti bağlamaq, nəticəsində də qarşıda duran büdcə layihələrini rahatlıqla həyata keçirə bilər. Bu, hökümətimiz üçün ən yaxşı variantdır”.

pia.az


Etiket: neft

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar