Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanı dünyaya tanıdan məşqçinin ad günüdür - Video

Bu gün Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun doğum günüdür...

PİA.az Oxu.Az-a istinadən xəbər verir ki, 5 yanvar 1977-ci ildə Qazax rayonunda anadan olmuş F.Umudovun 43 yaşı tamam olur.

Sərbəst güləş üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa çempionatının bürünc, tələbələr arasında dünya çempionatının gümüş medalını qazanmış və Dünya Kubokuna sahib olmuş Firdovsi Umudov 2005-ci ildən məşqçilik fəaliyyətinə başlayıb.

2007-08-ci illərdə yeniyetmələrdən ibarət yığmamızda, 2008-2016-cı illərdə isə əsas millidə böyük məşqçi kimi fəaliyyət göstərib. Güləşdəki xidmətlərinə görə, Prezident İlham Əliyev tərəfindən Şöhrət ordeni (2012), Azərbaycan prezidentinin fəxri diplomu (2015) və Tərəqqi medalı (2016) ilə mükafatlandırılıb. Üç dəfə Azərbaycanda, bir dəfə isə dünyada ilin məşqçisi seçilib. Əməkdar məşqçi olan Firdovsi Umudov 2016-cı ildən 2018-ci ilədək millinin böyük və baş məşqçisi kimi çalışıb, komandamızın uğurları ilə Azərbaycanı dünyaya tanıdıb.

O, hazırda Federasiyanın vitse-prezidenti, Dövlət Sərhəd Xidmətinin zabitidir, polkovnik-leytenantıdır. F.Umudov həm də "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisidir.

Elə Firdovsi Umudovun özü də dəfələrlə vurğulayıb ki, “biz idmançıdan öncə, birinci növbədə əsgər yetişdiririk”. Döyüşkən əsgər ruhlu güləşçilərimiz elə bu psixologiya ilə vətənə medalla qayıdıblar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar