Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibkardan “Azərişıq” ASC-nin baş mühəndisi ilə bağlı Prezidentə müraciət

Gəncə sakinindən Prezident İlham Əliyevə müraciət...

Gəncə şəhəri, Atatürk prospekti 269, mənzil 30 ünvanda yaşayan və şəhərdə fəaliyyət göstərən sahibkar Novruzov Əli Məhəmmədəli oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Pravda.az-ın xəbərinə görə, Ə.Novruzov ölkə başçısına müraciətində “Azərşıq” ASC-nin Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin baş mühəndisi Ramiz Allahverdiyevin onun fəaliyyətinə yaratdığı süni əngəllər haqqında məlumat verərək, kömək istəyib.

Müraciəti təqdim edirik:

"Möhtərəm Cənab Prezident!"

Siz davamlı şəkildə iş adamlarının sahibkarlıq fəaliyyətinə qanunsuz şəkildə məmurların maneçilik törətməsi haqqında, müvafiq dövlət orqanlarına öz göstərişinizlərini verirsiniz. Ancaq bəzi dövlət məmurları Sizin tapşırıqlarınızdan özlərinə heç bir ibrət götürmürlər.

Sizin tapşırıqlarınıza əməl etməyən, məmurlardan biri də Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin baş mühəndisi Ramiz Allahverdiyevdir.

R.Allahverdiyev mənim xırda sahibkarlıq fəaliyyətimə qəsdən maneçilik törədərək, xidmət göstərdiyim sahədə fəaliyyətimi (elektrik enerjisini kəsməklə) iflic hala salıbdır.

Bildirirəm ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində Nizami rayon İcra hakimiyyətinin sərəncamı əsasında özümə 100 kv.m-də maşın yuma stansiyası tikdim. Əvvəla maşın yuma stansiyasının elektrik enerjisini “generator” vasitəsi ilə ödəyirdim. Çünki mən elektrik şəbəkəsinə müraciət etdikdə mənə bildirdilər ki, sənin obyekt yüksək gərginlik xəttinin altındadır, sənə “texniki şərt” verib obyektə elektrik enerjisi vermək olmaz.

Amma eyni yüksək gərginlik xəttinin altında mənim obyektimin yanında 10-larla obyekt var ki, həmin obyektlərə texniki şərt verilib, elektrik enerjisi çəkilib, sayğac qoyulub.

Mən isə öz növbəmdə obyektimin arxasında mənə məxsus məhlə evimə texniki şərt alaraq, elektrik xətti çəkdirib sayğac qoyaraq, həmin evimdən də öz sayğacımdan sahibkarlıq fəaliyyəti göstərdiyim obyektə elektrik xətti çəkdim. İşə başladım və elektrik enerjisinin, bütün kommunal xidmət və vergiləri ödədim.

13.12.2019-cu il tarixdə Ramiz Allahverdiyev heç bir xəbərdarlıq etmədən, mənim evimə gələn və dövlət tərəfindən verilmiş texniki şərti olan həmin elektrik xəttimi evimdən ayıraraq, mənim sahibkarlıq fəaliyyətimi iflic etmişdir. Baxmayaraq ki, mən bu texniki şərtin alınması üçün müvafiq rüsum ödəmişəm. Ramiz Allahverdiyevin bu əməlinin nəticəsidir ki, biz dövlətə və başqa təşkilatlara ödənişlərimizi edə bilmirik, eyni zamanda mən və daha iki nəfəri işsiz qalıb.

Mən dəfələrlə R.Allahverdiyevdən elektrik enerjisini verilməsini hansı səbəbdən dayandırdığı soruşam, ondan bununla bağlı müvafiq sənəd tələb etsəm də o mənə sənəd təqdim etməkdən imtina edir. O bildirir ki, sən evindən, texniki şərti olmayan obyektinə elektrik enerjisi vermisən və bu səbəbdən elektrik xəttin kəsilib. Onun iddiasına görə, mənim texniki şərtim yalnız ev üçündür.

Mən isə ona bildirdim ki, mən evimə texniki şərt alıb, elektrik xətti çəkəndə Gəncə Elektrik Şəbəkəsinin bütün əməkdaşları bilirdi ki, mən məlum obyekti işlətmək üçün həmin xətti çəkirəm. Artıq bir neçə ildir ki, bu formada fəaliyyət göstərmiş və elekrtik enerjisinin pulunu ödəmişəm.

Eyni zamanda Ramiz Allahverdiyevdən soruşdum ki, niyə onlarla yüksək gərginliyin altında yerləşən obyektlərə texniki şərt verərək, elektrik xətti çəkmisiniz? Niyə məhz mənə texniki şərt verəndə qanun pozulur, ancaq başqalarına, həmin sahədə eyni şəraitdə texniki şərt veriləndə qanun pozulmurmu?

R.Allahverdiyev bildirdi ki, məsələni onun rəhbərliyi ilə həll etməliyəm.

Bildirmək istəyirəm ki, elektrik enerjisinin qiyməti vahid rəqəmlə tənzimlənir.

Möhtərəm Cənab Prezident!

Biz və ailəmiz daima Ulu Öndər Heydər Əliyev ideyalarına və Sizin siyasi kursunuza sədaqətlə bağlı olmuşuq.

Yazaraq Sizdən xahiş edirəm imzaladığınız qanunları icrasına əngəl yaradan, Gəncə Elektrik Şəbəkəsinin bəzi məmurlarının qanunsuz əməllərinin yoxlanılaraq, onların haqqında qanuna müvafiq ölçü götürülməsi haqqında səlahiyyətli dövlət orqanlarına tapşırıq verəsiniz”.

Qeyd: Məktubun sürəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Energetika naziri Pərviz Şahbazov, Baş prokuror Zakir Qaralov və “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədova ünvanlanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar