Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib...
Bu barədə PİA.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 3-də saat 19 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində kənd sakini Şahin Cəfərov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.
Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
pia.az