Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağdaddakı hərbi əməliyyatdan Konqres xəbərdar edilməyib

Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi birləşməsinin komandiri general-mayor Qasım Süleymaninin həlak olduğu raket zərbəsi ilə bağlı ABŞ Konqresi əvvəlcədən xəbərdar edilməyib...

TASS xəbər verir ki, bu barədə Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin sədri, Demokrat Partiyası təmsilçisi Eliot Ancelin açıqlamasında bildirilir.

Qeyd olunub ki, bu zərbə Konqresdən xəbərsiz və Konqreslə razılaşdırmadan həyata keçirilib: "Bu kimi ciddi məsələlərin Konqresi cəlb etmədən həyata keçirilməsi hüquqi cəhətdən suallar doğurur, hakimiyyətin bərabər qolu olaraq Konqresin səlahiyyətlərinə qarşı etinasızlıqdır”.

Komitə sədri həmçinin bu əməliyyat hərbçilər dediyi kimi, müdafiə məqsədi ilə həyata keçirilsə belə qanuna görə Konqresin prezident tərəfindən 48 saat əvvəldən xəbərdar edilməsinin vacib olduğunu vurğulayıb: “Qanunla nəzərdə tutulan belə xəbərdarlıq prezidentin Birləşmiş Ştatları düşünülməmiş şəkildə müharibəyə sürükləməməsi üçündür. Həmçinin biz administrasiyanın ali nümayəndələri tərəfindən əməliyyatın özü barədə, həmçinin onun fəsadlarını necə aradan qaldırmağı düşündükləri barədə dərhal izahat almalıyıq”. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar