Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni qadınlar Bakıya gəlmək istəyir – Video

Bakıda yaşamış yaşlı ermənilərin çoxu kimi Marqo Abramyan da bir az rusca, bir az Qarabağ ləhcəsində ermənicə danışır. Yəqin ki, bir az da Azərbaycan dilini bilir...

PİA.az xəbər verir ki, o, BBC News Azərbaycancaya deyir ki, Ermənistana "60 yaşında gəlib, artıq 90 yaşı var, hələ öz evi yoxdur. İstəyir ki, öz evi olsun. "Təmizləsin, bəzəsin və yaşasın".

Marqo Abramyan Ermənistana köçməzdən əvvəl əriylə Bakıda iki otaqlı mənzildə yaşayıb. Övladlarının da Bakıda ayrıca evləri olub.

"Erməni-azərbaycanlı davası" barədə deyir ki, barışığın olub-olmayacağını bilmir.

Ancaq bildirir ki, "azərbaycanlılarla xoş söz-söhbətlə, mehriban… dinc, rahat yaşayıblar".

" Xəstələnib, xəstəxanaya düşmüşdüm. Bu yanda azərbaycanlı qadın, bu yanda mən yatırdım. O, acıtərənin kökünü - qalın yerini qırıb özü yeyirdi, yumşaq yerini mənə verirdi ki, dişlərin yoxdur, sən ye".

"Mən istəyirəm sülh olsun, həm bizim üçün, həm də onlar üçün", - Marqo Abramyan danışır.

Digər bir Azərbaycandan Ermənistana getmiş Janna Mnatsakanova isə deyir ki, Bakıda 4-cü mikrorayonda yaşayıb, bağçada tərbiyəçi işləyib.

O da Bakıda yaşadığı son günlərin çətinliyini və azərbaycanlı tanışlarının alicənablığını xatırlayır.

pia.az


Etiket: Ermənistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar