Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: “Azərbaycan Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızır”

Bu il TANAP layihəsi istismara verildi, bu, tarixi layihədir...

TANAP artıq Avropa İttifaqı sərhədinə çatdırıldı. Biz bu tarixi hadisəni bu ilin noyabr ayında böyük təntənə ilə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir.

PİA.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Cənub Qaz Dəhlizi 4 layihədən ibarət olduğunu və onlardan 3-nün – “Şahdəniz-2”, Cənubi Qafqaz Qaz Kəməri və TANAP-ın artıq reallığa çevrildiyini qeyd edən dövlətimizin başçısı bildirib ki, dördüncü layihə - TAP da uğurla icra edilir və bu layihənin icra səviyyəsi 90 faizi ötüb.

“Biz Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızırıq. Biz bu layihənin təşəbbüskarı olmuşuq. Biz əsas yükü - həm maliyyə, həm texniki məsuliyyəti öz üzərimizə götürmüşük və tərəfdaşlarla birlikdə bu nəhəng və böyük əhəmiyyət kəsb edən layihəni uğurla icra edirik”, - deyə Azərbaycan Prezident bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar