Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya ilə ABŞ arasında ticarət müqaviləsi qüvvəyə minir

Yaponiya ilə ABŞ arasında imzalanmış ticarət müqaviləsi bu gündən qüvvəyə minir...

Azərtac xəbər verir ki, həmin müqaviləyə əsasən ABŞ kənd təsərrüfatı məhsullarının Yaponiya bazarına böyük həcmdə girişi başlanır, yapon avtomobil istehsalçıları isə yeni tariflərin tətbiqi ilə bağlı əlavə vaxt əldə edirlər.

Bu müqavilə ABŞ-dan ixracla bağlı tarifləri ya tamamilə ləğv edir ya da aşağı salır. Buraya 7,2 milyard dollar dəyərində mal əti daxildir və bu razılaşma ABŞ fermerlərinə Trans-Sakit okean Tərəfdaşlığına (TPP) daxil olan Avstraliya və Kanadadan olan rəqibləri ilə bərabər şərait yaradır.

Həmin gündən başlayaraq, Yaponiya ABŞ-dan gətirilən mal ətinin tariflərini 38,5 faizdən 26,6 faizədək azaldacaq və bu, 2033-cü ildə 9 faizə enənədək hər il davam etdiriləcək.

ABŞ tərəfi isə öz növbəsində istehsal avadanlığı və kondisionerlərin ehtiyat hissələri də daxil olmaqla, yapon sənaye məhsullarına tarifləri aşağı salacaq.

Yaponiyanın Baş naziri Şinzo Abe ilə ABŞ Prezidenti Donald Tramp arasında əldə edilən razılaşmaya görə, bununla yanaşı tərəflər xidmətlər və investisiyalar da daxil olmaqla Hərtərəfli Ticarət Razılaşması çərçivəsində danışıqları davam etdirəcəklər.

Analitiklərin bildirdiyinə görə, ABŞ-ın TPP çərçivəsində azad ticarət barədə danışıqlara qayıtmasını istəyən Tokio Vaşinqtonla ikitərəfli danışıqları davam etdirmək istəmir.

Belə ki, D.Trampın avtomobillər və onların ehtiyat hissələri ilə bağlı 25 faizlik tarifləri tətbiq etmək cəhdindən yayınmağa və bununla milli təhlükəsizliyini təmin etməyə çalışan Yaponiya ABŞ-ın 2017-ci ildə qəflətən TPP-dən çıxmaq barədə qərarından sonra həmin müqavilədə nəzərdə tutulan mövcud 2,5 faizlik rüsum həddini təmin edə bilməyib.

Müqavilədə sadəcə olaraq qeyd edilib ki, avtomobil tarifləri ilə bağlı danışıqlar sonrakı müzakirələrin predmeti olacaq.

Bununla yanaşı, donuz əti, pendir və şərabın daxil olduğu digər ABŞ məhsulları Yaponiya bazarına kütləvi şəkildə daxil olaraq, istehlakçılar üçün daha aşağı qiymətlər vəd etsə də, yerli fermerlərlə ciddi rəqabətə səbəb olacaq.

ABŞ tərəfi bunun müqabilində Yaponiyanın vaqyu ətinin idxalını artıraraq, əvvəllər mövcud olmuş aşağı tarifli 200 ton kvotanı 65 min ton səviyyəsinə qaldıracaq.

Ş.Abe bu müqaviləni ”məğlubiyyətsiz” adlandırsa da, müxalifətdən olan qanunvericilər Tokionu daha böyük güzəştlərə getməkdə qınayaraq, onu Vaşinqtonun birtərəfli üstünlüyü kimi qeyd edirlər.

Onların bildirdiyinə görə, ABŞ ilə ticari qarşıdurmadan qaçmağa çalışan Ş.Abe 2017-ci ilin yanvarında TPP-dən çıxan D.Trampa amerikalı fermerlərin vəziyyətini yüngülləşdirməkdə yardım etmək məqsədilə müqavilənin imzalanmasına tələsib. Xatırladaq ki, yenidən müzakirə edilən TPP üzrə razılaşma 2018-ci ilin sonlarında 11 ölkənin iştirakı ilə qüvvəyə minib.

Hazırda Yaponiya Xarici İşlər naziri vəzifəsini tutan Toşimitsu Moteqi ilə ABŞ-ın ticari danışıqlar üzrə nümayəndəsi Robert Laythauzer arasında danışıqlar cəmi beş ay çəkib. Hakim Liberal Demokratik Partiyanın üstünlüyə malik olduğu Yaponiya parlamenti isə onu dekabrın əvvəllərində ratifikasiya edib.

Danışıqların həcmini müəyyənləşdirmək üçün ilkin məsləhətləşmələri müqavilə qüvvəyə mindikdən sonra başlamaq niyyətində olan Tokio və Vaşinqton, bunu qarşıdakı dörd ayda yekunlaşdırmağı planlaşdırır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar