Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtovağzalın həndəvərində bayram təlaşı:  sürücülər də narazıdır, sərnişinlər də...

Bayram tətilini Bakıdan kənarda keçirmək üçün rayonlara üz tutanlar  süni qiymət artımı ilə qarşılaşırlar və illərdir belə davam edir

Xüsusilə avtobusa bilet almayanlar, yaxud qəfil yola çıxanlar taksilərlə getməyə məcbur qalırlar, taksilər isə fürsətdən yararlanaraq qiymətləri adi günlərə nisbətən iki-üç dəfə artırırlar.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayram ilə əlaqədar sıxlığın artacağını nəzərə alaraq ötən həftədən gücləndirilmiş iş rejiminə keçib. Avtovağzaldan verilən məlumatda deyilir ki, hətta sıxlığın qarşısının alınması məqsədilə ehtiyat avtobuslar da gətirilib. Son 3 gündə - dekabrın 27, 28 və 29-da ümumilikdə, 37 min 800 sərnişin şəhərlərarası və beynəlxalq istiqamətlərə səfər edib. Kompleks qarşıdakı tətil günlərində - yanvarın 5-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Virtualaz.org xəbər verir ki, avtovağzalın həndəvərində məskunlaşmış taksi sürücüləri bu il də məsafədən asılı olaraq  qiymətləri 5-10 manat arası artırıblar.

Sürücü də, sərnişin də narazıdır...

Bu günlərdə avtovağzalın həndəvərində əsl bayram təlaşı hökm sürür. Taksi sürücüləri sərnişin cəlb etmək üçün maksimum imkanlardan yararlanmağa çalışırlar, kimi şirin dilini işə salıb, kimi də 5 saatlıq yolu 3 saata çatacaqlarını vəd edir, bu yolla sərnişinləri şirnikləndirməyə çalışır. Amma 5 saatlıq yolu 3 saata “gedən” bu qoçaqlar üçün sərnişinlərin təhlükəsizliyi təbii ki, arxa plandadır. Taksi ilə gedənlərin əksəriyyəti vaxt tapıb bilet ala bilməyənlərdir.

Amma həm sürücülər, həm də sərnişinlər narazıdırlar. Sürücülər etiraf edirlər ki, qiymətlər yüksəkdir, amma bayramdan yararlanaraq pul qazanmaq istəyirlər. “5-6 ildir burada “taksovatlıq” edirəm. Hər il bayram günlərində müştəri bundan çox olurdu, amma indi səhərdən gözləyirəm.  Çoxu tələbələrdir, avtobusa bilet almayıblar”, - Yevlaxa sərnişin daşıyan taksi sürücüsü Həmid bildirir.

Onun sözlərinə görə, gediş haqqını adi günlərdən cəmi 2 manat artıq deyir, qiyməti aşağı salanda digər sürücülər etiraz edirlər, yəni onların bazarını öldürmüş sayılır. Buna görədə hələlik adambaşına 13 manata aparır. Sərnişinlərdən biri  söhbətə qarışır, deyir ki, ayın əvvəlində bu yolu 10 manata gedib.

Qiymət 2 dəfə artıb...

Məsələn,  Ucara taksi ilə getmək 10 manata başa gəlir, halbuki avtobusla gediş haqqı  cəmi 5 manat 60 qəpikdir. Tovuza avtobusla gediş haqqı 10 manat, 20 qəpik olduğu halda taksilər 25 manatdan aşağı qiymətlə razılaşmırlar. Füzuliyə 15-17, Bərdəyə 15 manatdan (avtobus bileti  7 manatdır) aparırlar. Gəncəyə 20 manat (avtobus bileti 8.40 manat), ŞəkiAğdaş istiqamətində adambaşına 13-14 manatdır.

Sürücülərin sözlərinə görə, bu qiymətlər gündüz saatlarına aiddir. Axşama doğru qiymət artır. Səbəb isə gecə yola çıxmağın daha riskli olması ilə əlaqələndirilir.

5 saatlıq yolu 3 saata gedənlər: qəza Allahın işidir?

Bərdəyə sərnişin danışıyan sürücülərdən biri sərnişinə 3 saata evə çatacağını vəd edir. Amma yüksək sürətin qəzaya səbəb ola biləcəyi ilə  bağlı sualımızla razılaşmır. Deyir ki, qəza Allahın qisməti, alın yazısıdır: “Qəza olanda elə avtobusla da olur, əksinə taksilər daha təhlükəsizdir. Çünki kiçikdir, manevr etmək imkanı çoxdur, həm də əgər qəza olsa belə, insan tələfatı avtobusdan qat-qat azdır”.

Elyar üstəlik məsləhət də verib, deyib ki, sərnişinlər diqqətli olmalı, hər yoldan ötənin maşınına minməməlidirlər. Ən azı sürücünün yaşına, maşının sazlığına nəzər yetirməlidirlər:  “Qəzanı törədən avtomobil deyil ki, sürücüdür, gərək kiminlə yola çıxdığına da fikir verəsən. Ondan başqa da, biz özümüz kənarda getmirik ki, biz də avtomobilin içərisindəyik, hansı sürücü 5-10 manata görə ölmək istəyər?”

“Qatara bilet tapa bilmədik, ümid taksiyə qaldı”

Taksilərə üz tutan sərnişinlər isə vaxtında bilet almadıqlarına təəssüflənirlər, amma gözləmək istəmirlər. Azyaşlı qızı ilə Ucara gedən Nəzakət Quliyeva deyir ki, rayona getmək qəzarı qəfildən çıxdığına görə bilet ala bilmirlər.“Gəldim ki, bəlkə bilet taparam, kassada dedilər ki, sabaha bilet var, bu günə yoxdur. Mütləq bu gün gedib çatmalıyam. Ona görə 20 manat verib uşaqla birgə taksi ilə gedəcəyik”, - sərnişin bildirib. Əlavə edib ki, qatara da bilet tapmaq mümkün deyil. “Qatarlara baxanda avtobuslar şükürlüdür. Bacım  bayramda Şəkiyə gedəcəkdi, dekabrın 20-dən Şəki-Balakən istiqamətində qatara bilet tapa bilmədi. Məcbur olub, taksi ilə gedib”.

 “Şamaxinka”da sərnişindən çox taksi var

 “Şamaxinka” adlanan ərazidə də qələbəlik idi. Şimal istiqamətinə sərnişin daşıyan taksi və “Qazel”lər yolu kəsib tıxac yaradırdılar. Quba, Xaçmaza getmək istəyən sərnişinlər adambaşına 10-12 manat, Şabrana 6 manat, Qusara isə 14-16 ödəməlidirlər. 

Seyid deyə çağrılan  taksi sürücüsü deyib ki, artıq bu gün ərzində Quba istiqamətinə ikinci reysidir. Geri qayıdarkən də yolüstü sərnişin götürür ki, qazancı çox olsun. Sürücünün sözlərinə görə, bu qiyməti qoysalar da, çox vaxt müştərilərə güzəşt edirlər: “Görürük ki, 3 nəfər var, qalan bir nəfəri ucuz da aparırıq. Dünən axşam yaşlı qadın gəlmişdi, özü də xəstəxanadan çıxıb avtovağzalda bilet tapmamışdı. Onu Qubaya 8 manata aparmışam. O qiymətə heç avtobus aparmır...”

Sürücülər sərnişinlərin qiymətlə bağlı narazılığını qəbul etmirlər. Onlardan biri deyir ki, daha çox qazanmaq üçün bayramı səbirsizliklə gözləyirlər.  “Bayram günüdür, hamı evində oturub isti çay içir, biz isə yollardayıq. Bizim də ailəmiz var,biz də evdə olmaq istəyirik, yola çıxırıqsa, buna dəyməlidir axı. Hələ bu gün belədir, dekabrın 31-i, yanvarın 1-i qiymət yəqin ki, bir az da qalxacaq...”- sürücü əlavə edib.

Avtobuslara əvvəlcədən bilet alnlar isə heç bir problemlə üzləşmirlər, nə qiymət, nə də yer davası getmir...

pia.az


Etiket: Avtovağzal


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar