Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bahar Muradova hökumət üzvü olacaq - Onun hansı vəzifəyə gətiriləcəyi gözlənilir?

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında sürprizlərdən biri də Milli Məclis sədrinin müavini Bahar Muradovanın adının siyahıda yer almaması oldu...

Hakim partiya Bahar Muradovanın hazırda deputatı olduğu 84 saylı Füzulu seçki dairəsindən Məmmədova Svetlana Gəray qızının namizədliyini irəli sürüb.

Lakin məlumatlara görə, Bahar Muradovanın namizədliyinin irəli sürülməməsi onun komandadan tamamilə kənarda qoyulması demək deyil. Belə ki, Bahar xanım seçkidən sonra hökumət üzvü olacaq. Onun üçün ciddi bir vəzifə yeri də boşaldılır. 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın namizədliyini irəli sürməsi boşuna deyil. Hicran xanımın deputat seçilməsindən sonra onun boş qalacaq vəzifəsinə Bahar Muradovanın gətiriləcəyi gözlənilir.

Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989-92-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-93-cü illərdə “Qayğı” Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.

1993-1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.

1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 1999-cu ildən partiyanın icra katibinin müavinidir.

II 2000 və III 2005 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

2010-cu il noyabrın 7-də 84 saylı Füzuli seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. (musavat.com)

pia.az


Etiket: Bahar Muradova

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar