Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2019 - Azərbaycan tarixinə düşən islahatlar ili

Kadr dəyişikliyinin 2020-ci ildə də davam edəcəyi istisna edilmir...

İslahatların aparılması yeniləşmə, tərəqqi, firvanlıq və gələcəyə ümidlə baxmaq üçün şərait yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarda islahatlarla bağlı elan etdiyi kursun icrası cari ilin ən uğurlu hadisələri sayıla bilər. Dövlət başçısı Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında etdiyi çıxışla bu prosesin anonsunu vermişdi: “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.

Cari ildə dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyişiklikləri diqqətinizə çatdırırıq.

Prezident Administrasiyasında dəyişikliklər

Prezident oktyabrın 23-də Ramiz Mehdiyevi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edərək Samir Nuriyevibu vəzifəyə təyin edib.

Noyabrın 29-da Azərbaycan Respublikası Prezidentinin köməkçiləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub. İctimai-siyasi məsələlər üzrə şöbə ləğv edilib.

Bundan başqa, dövlət başçısının sərəncamları ilə Natiq Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Zeynal Səfər oğlu Nağdəliyev Prezidentin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri,Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Dövlət başçısı Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Şahmar MövsümovunAzərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Ədalət Məqsəd oğlu Vəliyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, Süleyman İsmayılovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilmələri barədə də sərəncamlar imzalayıb.

Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib. Ona general-polkovnik ali hərbi rütbəsi verilib.

Prezidentin digər sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.

Nazirlər Kabinetində dəyişikliklər

Prezident İlham Əliyevin sərəncamı ilə Baş Nazir Novruz Məmmədovun yerinə Əli Əsədovu təyin edilib.

Prezident İlham Əliyevin imzaladığı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı fərmanla Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Milli Arxiv İdarəsi və Dövlət İmtahan Mərkəzi ləğv olunan dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə “Dövlət qulluğu haqqında” qanunun 21.1.6-cı (dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük) maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi uyğun olaraq tədbirlər görməlidirlər.

Gənclər və İdman Nazirliyinə, Təhsil Nazirliyinə, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görmək və nəticəsi barədə Prezidentə məlumat vermək tapşırılıb.

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb. Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Fərmanla İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib:

İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar);

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti;

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti;

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti;

İqtisadiyyat Nazirliyinin regional bölmələri;

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.

Vergilər naziri işləmiş Mikayıl Cabbarovİqtisadiyyat naziri vəzifəsinə təyin olunub.

Daxili İşlər naziri Ramil Usubov tutduğu vəzifədən azad olunaraq yerinə Vilayət Eyvazov təyin edilib.

Rayon icra hakimiyyətlərində kadr dəyişikliyi

Bu il 19 rayonda icra hakimiyyəti başçıları dəyişdirilib: Ağstafa, Goranboy, Yevlax, Ağcabədi, Ağsu, Zərdab, Saatlı, Sabirabad, Masallı, Hacıqabul, Şirvan, Xaçmaz, Siyəzən, Şabran, Bakının Xətai, Xəzər, Yasamal, Suraxanı, Naxçıvan Muxtar Respublikasının Culfa rayonları.

Bu yeniləmə və yerdəyişmə ilə Prezidenti icra başçıları qaşrısında yeni dövr üçün yeni tapşırıqlar verib. Öz işinin öhdəsindən gələ bilməyən, korrupsiyaya qurşanan icra başçıları sərt şəkildə cəzalandırılacaq.

Münaqişənin həlli, “Qarabağ Azərbaycanındır Nida!!!”

Qarabağla bağlı danışıqlarda Azərbaycan hakimiyyətinin mövqeyi dəyişməz qalıb. Prezident İlham Əliyev Azərbaycanın işğal altında olan bu bölgəsi ilə bağlı beynəlxalq güclərin vasitəçilik etdiyi danışıqlarla bağlı yerli telekanallara müsahibəsində deyib: “Deyə bilərəm ki, 2019-cu il danışıqlar prosesi üçün itirilmiş il olub. Bunun da yeganə səbəbi odur ki, Ermənistan rəhbərliyi bu danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyir və beynəlxalq vasitəçilər işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərmirlər”.

Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin həllinə səy göstərməkdənsə, ritorik çıxışlar edib. Onun işğalçı ritorikası cavabsız qalmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 3-də Soçidə “Valday” beynəlxalq diskussiya klubunda çıxışı Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında saxladıqları Dağlıq Qarabağla bağlı 3 ay ərzində verdiyi bəyanatlara, o cümlədən “qərar Azərbaycan, Ermənistan və Qarabağ xalqları üçün qəbuledilən olmalıdır” iddiasına yekun cavab verib. Azərbaycan Prezidenti iclasdakı çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışarkən xüsusi olaraq vurğulayıb: “Qarabağ Azərbaycandır! Nöqtə yox, nida işarəsi!”

Qeyd edək ki, toplantıda 71 ölkəni mindən çox nümayəndə təmsil edib. “Telegram” çat proqramında noyabrın 27-də bu hesabdan Mehriban Əliyevanın fotosu ilə "Bizim vahid arzumuz "Qarabağ şikəstəsi"ni Qarabağ torpağında birlikdə eşitməkdir!"cümləsi post paylaşılıb. Bu, onun adından Qarabağla bağlı paylaşım edilən rəsmi bəyantlardan biri id. Birinci vitse-prezidentin bu açıqlaması Ermənistanda rəsmi və qeyri-rəsmi dairələrin, o cümlədən Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı narahat edib. Bu narahatlığını, o cümlədən əsgər oğlunun işğalçı olaraq Qarabağda ölməsindən qorxduğunu gizlədə bilməyn hökumət başçısının xanımı məsuliyyətsiz çıxış edib. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni icması Azərbaycan icması ilə danışıqlardan qaçıb. Bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib. O, ötən ilin dekabrında icmanın rəhbəri seçilib. Bu dəyişiklik özünü işğal və qaçqınların problemlərinin təbilağatının genişlənməsinə təsir götərib. Ermənistan hakimiyyətinin tutduğu mövqe dəyişməzsə və beynəlxalq vasitəçilərin rəsmi Yerevana torpaqları işğaldan azad etməklə bağlı təzyiqlər etməzsə, Qarabağ daha bir il işğal altında qalacaq. Münaqişənin indiki beynəlxalq şərait üçün ən optimal yolu mərhələli həlldir. Ancaq illər uzunudur bu prinsip irəli sürülsə də, onun reallaşması istiqamətində bir addım belə atılmayıb.

Qarabağı işğal altında saxlayan erməniçilik-faşizm

Prezident İlham Əliyev Ermənistanın faşistləri təbliğ etməsi faktını bir daha açıqlayıb. O, cari ilin oktyabr ayında MDB Dövlət Başçıları Şurasının iclasında müharibə illərində Azərbaycan xalqının rolunu, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiklərini xatırlatmışdı: “Təəssüf ki, MDB məkanında, xüsusilə də Ermənistanda belə hallar baş verir. Əvvəlki hakimiyyət tərəfindən Yerevanın mərkəzində Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş faşist cəlladı və satqın Qaregin Ter-Arutyunyana abidə qoyulub”.

Qeyd edək ki, Njde Hitlerin insanlığa qarşı olan ideologiyasının həyata keçməsində canfəşanlıq göstərib. Yəhudilərin soyqırımında iştirak edib. Yəhudi soyqırımında fəal iştirak etmiş Njdeyə heykəli Ermənistanın keçmiş prezidenti, Xocalı soyqırımını törədənlərdən biri Serj Sarqsyan qoydurub, bu gün isə onu Nikol Paşinyan müdafiə edir.

Njdeyə Rusiyanın Krasnodar diyarının Armavir şəhərində qoyulan xatirə lövhəsinin üzərinə boya tökülüb. Bunu yerli Dumanın deputatı Aleksey Vinoqradov edib. O bildirib ki, yerli hökumət noyabrın 11-dək lövhənin götürüləcəyini vəd etmişdi: “Amma buna əməl olunmayıb. Bu müddət başa çatdığı üçün məsələni müstəqil şəkildə həll etmək qərarına gəldim”.

Mehriban Əliyevanın Rusiyaya ilk rəsmi səfəri

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilk rəsmi səfərini Rusiyaya edib. Rusiyaya rəsmi səfəri zamanı da ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı diqqət mərkəzində olub. Birinci vitse-prezident Rusiya prezidenti Vladimir Putin, bu ölkənin Hökumət sədri Dmitri Medvedev, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə keçirdiyi görüşlərdə, eyni zamanda X Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışı zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, turizm, sosial, humanitar, mədəni və s. sahələr üzrə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezidentinin Moskva şəhərində Kremlin divarı yaxınlığında, Aleksandr bağında Naməlum Əsgərin məzarını ziyarət etməsi də Azərbaycan-Rusiya münasibətlərində vacib məqamlardan sayıla bilər. Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Bu ziyarət iki ölkənin ortaq tarixinə hörmətin göstəricisidir. Birinci vitse-prezident bu ziyarətlə keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycanın Rusiya ilə birlikdə ortaq düşmənə, faşizmə qarşı mübarizədə xidmətlərini yada da salıb.

Milli Məclisin buraxılması

Prezidentin apardığı islahatların davamı olaraq dekabrın 2-də Azərbaycan Respublikasının Milli Məclisi özünü buraxmaq haqqında qərara səs verib. Fevralın 9-da isə növbədənkənar parlament seçkisi keçiriləcək.

Milli Məclisin buraxılması da islahatın başlıca prinsiplərinə, yeniləşməyə, daha müasir dünyagörüşə və çevikliyə əsaslanır.

Növbəti bələdiyə seçkisi

Dekabrın 23-də növbəti bələdiyyə seçkisi keçirilib.

Beynəlxalq tədbirlərin məkanı

Azərbaycan bölgənin əhəmiyyətli, təhlükəsiz dövləti olduğunu dəfələrlə təsdiqləyib. Martın 14-də Bakıda Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu keçirilib. Tədbirdə 55 ölkədən 500-dən çox nümayəndə iştirak edib. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və başqa mövzularda məruzələr edilib. Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. Oktyabrın 25-dən 29-dək Azərbaycan paytaxtında Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü olub. Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti baş tutub. NATORusiya hərbi liderlərinin Bakıda dəflərlər görüşməsi Azərbaycanın təhlükəsiz və etibarlı olduğunu təsdiqləyən faktlardandır. Cari il iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin Bakıda görüşüblər. Bu, RusiyaNATO rəsmilərinin Azərbaycan paytaxtında ilk görüşü deyil. Alyansa üzv dövlətin təmsilçisi ilə Rusiyanın hərbi rəsmisi arasında ilk görüş 2017-ci ilin fevral ayında olub. Onda Valeri Gerasimov ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahlar rəisi, general Cozef Danford ilə görüşmüşdü. Həmin il sentyabrın 7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin sədri Petr Pavellə Bakıda görüş keçirib. 2018-ci il aprelin 19-da Valeri Gerasimov Azərbaycan paytaxtında NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının baş komandanı Kertis Skaparotti ilə görüşüb. Ötən görüşlərlə bağlı yayılan məlumatlara görə, tərəflər mövcud vəziyyətə dair məsələləri müzakirə edib. Həmin görüşlərdə hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğu vurğulanıb. Ötən görüşlərdən birində Valeri Gerasimov NATO-nun Rusiya sərhədləri yaxınlığında mövcudluğunun artmasını qeyd edərək bu istiqamətdə gərginliyin azalması istiqamətində şəraitin yaradılmasını diqqətə çatdırmışdı. Cari il noyabrın 26-da Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Son söz əvəzi

2019-cu il Azərbaycan Respublikasının tarixində dərin islahatlara başlanğıc və ciddi kadr dəyişikliyi ili olaraq qalıb. Prezident islahatlarla bağlı vurğulayıb:“İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”.

Heç şübhəsiz, dəyişikliklər və islahatlar bütün dövlət məmurlarına verilən fəaliyyətləri ilə bağlı ciddi xəbərdarlıqdır. Dövrün və günün tələbinə cavab verə bilməyən(lər)in tutduğu vəzifədən getməsi labüddür. Ona görə də kadr dəyişikliyinin 2020-ci ildə də davam edəcəyi istisna edilmir. Yeni kadrlarla islahatların dərinləşəcəyi gözlənilir. (Report)

pia.az


Etiket: islahatlar 2019

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar