Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gündən milyonlarla telefonda “Whatsapp” işləməyəcək - Diqqət

31 dekabr tarixindən etibarən dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən olan "Whatsapp" milyonlarla telefonda çalışmayacaq...

PİA.az xəbər verir ki, bu barədə WhatsApp şirkəti özü məlumat yayıb. Bildirilir ki, "Windows Mobile"a aid olan smartfonlarda "WhatsApp" çalışmayacaq.

Bundan əlavə, "iOS 7" və digər aşağı versiya əməliyyat sistemlərində çalışan "iPhone" modellərində də bu tətbiqi istifadə etmək mümkün olmayacaq.

"Android"də isə 2.3.7 versiyası və digər aşağı versiya əməliyyat sistemləri "WhatsApp"ı dəstəkləməyəcək.

Bu "Android" sistemlər üçün "WhatsApp" dəstəyinin dayandırılması 1 fevral 2020-ci ildə baş verəcək.

Burada bir məqamı qeyd etmək lazımdır. "WhatsApp" dəstəyinin dayandırılması istehlakçıların bu proqramdan istifadə edə bilməyəcəyi anlamına gəlmir.

Yəni, bu tətbiqi yüklədiyiniz köhnə bir cihazınız varsa, göstərilən tarixlərdən sonra "WhatsApp"dan istifadə etməyə davam edə biləcəksiniz. Ancaq bir çox funksiya məhdudlaşdırılacaq.

"WhatsApp" rəsmiləri göstərilən əməliyyat sistemlərində vaxt itirmək əvəzinə daha müasir versiyalar üzərində işləmək istəyirlər. (Baku.ws)

pia.az


Etiket: Whatsapp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar