Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Ukrayna qaz tranziti ilə bağlı müqavilə imzalayıb

Rusiya və Ukrayna 5 günlük danışıqlardan sonra yanvar ayının 1-dən Rusiya qazının Ukrayna vasitəsi ilə tranzitini təmin edən sənədlər paketini imzalayıb...

“RİA Novosti” xəbər verir ki, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller jurnalistlərə açıqlamasında deyib.

“Beş günlük fasiləsiz ikitərəfli danışıqlardan sonra Vyanada yekun qərarlar qəbul olunub və final razılıq mərhələsi əldə edilib. Eyni vaxtda bir sıra razılıq toplusu, müqavilələr imzalanıb və bu razılıqlar həqiqətən də iki tərəf arasında maraqları tarazlayan böyük saziş paketini təşkil edir. Bu gündən etibarən bu sənədlər hüquqi gücə malikdir və 31 dekabr 2019-cu ildən sonra Rusiya qazının Ukrayna ərazisindən daşınmasını təmin edir”, - Miller belə deyib.

Öz növbəsində Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, müqavilə beş il müddətinə imzalanıb. Kiyev bu müddət ərzində 7 milyard dollardan çox gəlir əldə etməyi planlaşdırır.

Ukraynalı prezident onu da əlavə edib ki, sənəd birinci ildə 65 milyard kubmetr yanacaq, növbəti illərdə isə 40 milyard kubmetr qaz nəqlini nəzərdə tutur. (APA)

pia.az


Etiket: Rusiya Ukrayna

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar