Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020-ci ildə dünya iqtisadiyyatında nələr olacaq? – İqtisadçıdan şərh  

Dünya analitiklərinin bir çoxunun gəldiyi ortaq nəticə odur ki, qlobal iqtisadiyyat baxımdan çox çətin bir ili geridə buraxırıq...

İqtisadçı-ekspert: “Dünya iqtisadiyyatında yeni bir strategiyanın, yeni bir idarəetmənin tətbiqi məsələsi ortaya çıxıb”.

“2020-ci il asan olmayacaq. Çünki Mərkəzi Bankların atdıqları addımlar nəticəsində artıq bazarda müəyyən bir köpük formalaşmağa başlayıb”

Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev 2020-ci ildə dünya iqtisadiyyatındakı gözləntiləri PİA.az-a şərh edərkən qeyd edib.

Beynəlxalq kredit reytinqi agentliyi “Moody's”, qlobal iqtisadiyyatın 2020-ci ilin əvvəllərinə qədər zəifləməyə davam etməsini gözləndiyini açıqlayıb.

Hesabatda bildirilir ki, “Qlobal iqtisadiyyat, 2019-cu ildə və 2020-nin əvvəllərində zəifləməyə davam edəcək. Pulla bağlı siyasət normallaşmasının sürəti 2019-da yavaşıyacaq. İqtisadi artım gedərək "mülayim" hal aldıqca və balans riskləri azaldıqca, əsas mərkəzi banklarının daha təmkinli olacaqlarını gözləyirik”,- ifadələrinə yer verilib.

Həmçinin dünya analitiklərinin bir çoxunun gəldiyi ortaq nəticə odur ki, qlobal iqtisadiyyat baxımdan çox çətin bir ili geridə buraxırıq. 2019-cu ilin son günlərindən 2020-ci ilə baxarkən nə demək mümkündür? Gələn il ticarət savaşları davam edəcəkmi və dünya iqtisadiyyatında qlobal böhran gözlənilirmi? Həmçinin gələn ildə iqtisadiyyatda ən çox gözlənilən hadisələr nələr ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Samir Əliyevlə müzakirə edib.

Samir Əliyev: “Yaxın bir neçə ildə dünya iqtisadiyyatında yenidən böhranın olma simptomları özünü göstərir”.

Ticarət müharibələri həllini tapdığına görə gələn ildə dünya iqtisadiyyatında müəyyən bir irəliləyişlərin ola biləcəyini ehtimal edən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, ümumən dünya iqtisadiyyatında qeyri-müəyyənlik qalacaq:

“2019-cu il ticarət savaşları ilə yadda qaldı. Bu proseslərin də əsas mərkəzində ABŞ dayanırdı. ABŞ-ın Çinə qarşı sərt siyasət yürütməsi, yəni gömrük rüsumlarının tətbiq edilməsi və Çinin ABŞ-a qarşı alternativ cavab addımlar atması, digər tərəfdən Böyük Britaniyanın Avropadan çıxmaq məsələsi, eyni zamanda ABŞ-ın başqa ölkələrə Çin qədər olmasa da, yenə də sərt addımların atması, İrana və Rusiaya qarşı sanksiyaların gücləndirilməsi dünya iqtisadiyyatında kök məsələlər oldu.

Bütün bu məsələlər dünya iqtisadiyyatında çox böyük məsələlər yaratdı. Amma çox yaxşı haldır ki, bu məsələlər tədricən öz yoluna düşür. Artıq ABŞ və Çin müəyyən razılığa gəliblər. Ümid etmək olar ki, gələn il bu problem aradan qalxacaq. BREXİT məsələsi də artıq həllini tapır. Yəni müəyyən razılaşmadan sonra Böyük Britaniya Avropa Birliyini tərk edəcək.

2019-cu ildə ABŞ, İngiltərə, Yaponiya, Avropa Mərkəzi Bankları siyasətində dəyişiklik etmək istədilər, amma bu baş tutmadı. Məlumdur ki, ABŞ dolların uçot dərəcəsini qaldırmaqda davam edirdi və gözlənilirdi ki, uçot dərəcəsi 2019-cu ildə də qalxacaq. Amma bunun əski olaraq əks proses baş verdi. Uçot dərəcəsi yenidən aşağı düşməyə başladı və Avropa yenidən iqtisadiyyata pul buraxmağa başladı. Sanki banklar da əks addımlar ataraq iqtisadiyyatı yenidən pulla təmin etmək siyasətinə başladılar.

Samir Əliyev: “2019-cu ildə ABŞ, İngiltərə, Yaponiya, Avropa Mərkəzi Bankları siyasətində dəyişiklik etmək istədilər, amma bu baş tutmadı”.

Əlbəttə bu proseslərin fonunda 2020-ci ilin asan olmayacağın demək olar. Çünki Mərkəzi Bankların atdıqları addımlar nəticəsində artıq bazarda müəyyən bir köpük formalaşmağa başlayıb. Müəyyən dövrdə ucuz pulları geri çəkmək lazımdır ki, iqtisadiyyatda köpük yaranmasın və o köpük sonra partlamasın. Bu köpük azalmağa başlayırdı ki, yenidən köpüyün şişirdilməsi prosesi davam etdi. Buna görə də yaxın bir neçə ildə dünya iqtisadiyyatında yenidən böhranın olma simptomları özünü göstərir. Proqnozlaşdırılanlar­ın əksi olaraq iqtisadi artım da aşağı düşüb. İnfilyasiyada hədəflərə çatmaq mümkün olmayıb.

Bu gün artıq Mərkəzi Bankların həyata keçirdikləri manitar siyasətin effektivliyi getdikcə aşağı düşür. Dünya iqtisadiyyatında yeni bir strategiyanın, yeni bir idarəetmənin tətbiqi məsələsi ortaya çıxıb. Həmçinin də ticarət müharibələri həllini tapdığına görə gələn ildə dünya iqtisadiyyatında müəyyən bir irəliləyişlərin olmasını demək olar. Ümumən isə dünya iqtisadiyyatında qeyri-müəyyənlik qalacaq”.

Nərminə UMUDLU
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar