Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyeva Uşaq Psixonevroloji Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub - Foto

Mehriban Əliyeva və qızları Uşaq Psixonevroloji Mərkəzinin yeni korpusunun açılışında iştirak ediblər...

Dekabrın 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Heydər Əliyev Fondu tərəfindən Uşaq Psixonevroloji Mərkəzində aparılan əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub, mərkəzin yeni korpusunun açılışında iştirak ediblər.

Trend-in məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva Uşaq Psixonevroloji Mərkəzində yaşayan və müalicə alan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlandı.

Məlumat verildi ki, uşaqların müayinə və müalicəsi üçün geniş və müasir mərkəzin yaradılmasının zəruri olduğunu nəzərə alaraq, 2009-cu ildə Heydər Əliyev Fondu Bakı şəhərində Psixonevroloji Uşaq Mərkəzi inşa etdirib. Fondun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq Mərkəzdə uşaqlara baş çəkirlər.

Mərkəzdə əsasən autizm, serebral iflic, əqli gerilik və ləngimələrdən əziyyət çəkən uşaqlar müalicə olunurlar. 2015-ci ildə təmir edilən bina bu il Heydər Əliyev Fondu tərəfindən yenidən əsaslı təmir olunub və əlavə 2 mərtəbəli yeni korpus inşa edilib. Yüz çarpayılıq Mərkəzdə 100-ə yaxın uşaq tibbi xidmətlərdən yararlanır. Valideyn himayəsindən məhrum olan 24 uşaq isə stasionar şəraitdə uşaq evi şöbəsində müalicə alır.

Uşaq Psixonevroloji Mərkəzin yeni inşa edilən korpusu ilə tanışlıqdan sonra Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə müalicə alan uşaqlarla birgə qarşıdan gələn 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarını qeyd etdilər.

Burada uşaqların iştirakı ilə Yeni ilə həsr edilən səhnəcik təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar