Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremlin qaz strategiyası iflasa uğrayır? – Sanksiyalar öz işini gördü

“Şimal axını – 2” ukraynalılar üzərində yeni qələbənin rəmzinə çevrilə bilərdi...

Layihənin mahiyyəti 2019-cu ilin sonuna - Rusiya və Ukrayna arasında əldə olunmuş on illik qaz sazişinin müddəti başa çatanadək ramedilməz qonşu ölkənin ərazisindən yan keçməklə Avropaya qaz tədarükü həyata keçirmək üçün iki böyük boru kəməri inşa etmək idi. Bu, kövrək iqtisadiyyatı böyük, sabit valyuta gəlirlərindən məhrum edər, onun qaz nəqliyyat sisteminin işini dayandırar, eyni zamanda Moskvaya istədiyi təqdirdə rus qazının AB tədarükünü riskə atmadan Ukraynada sabitliyi yenidən pozmağa imkan yaradardı. Bu barədə Andrey Qurkov “DW” portalında yazır.

“Türk axını”: ikinci qol hələlik tam işə düşməyəcək

 

Plan baş tutmayıb. Amerika sanksiyalarına görə qrafikdən geri qalan “Şimal axını – 2” layihəsinin tikintisi başa çatdırılmayıb. Ankaranın buraxıcılıq qabiliyyətini yarıbayarı azaltdığı “Türk axını” isə Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə 2020-ci ilin ilk on günlüyündə keçiriləcək təntənəli açılış mərasimində yarımçıq halda istifadəyə veriləcək. 

Xətlərdən yalnız biri tam hazırdır. O da aktiv şəkildə endirim tələb edən türk müştərilərin qaz təchizatı üçün nəzərdə tutulub. AB ölkələri üçün nəzərdə tutulan ikinci marşrut hələ bir neçə ay istifadə edilməyəcək, çünki Bolqarıstanda inşaat uzanır.

Kiyev güc mövqeyindən Moskva ilə danışıqlar aparmaq imkanı əldə edib

Putinin qaz strategiyasının müvəffəqiyyətsizliklə üzləşməsi göz qabağındadır. Bu da elə bir vəziyyətə gəririb çıxarıb ki, Kiyev Moskva ilə güc mövqeyindən danışıqlar aparmaq imkanı əldə edib. Yeni Ukrayna rəhbərliyi ağını çıxartmayıb, “moskalların acığına qulaqlarımı donduracam” prinsipi üzrə hərəkət etməyib.

Kiyevdə olduğu kimi Moskvada da sağlam düşüncə, kommersiya praqmatizmi və kopromislərə hazırlıq üstün gəlib. Məhz bu səbəbdən qüvvədə olan müqavilənin müddəti başa çatmasına sayılı günlər qalmış Berlin və Minskdə qaz tranzitinin uzadılması ilə bağlı razılaşma əldə olunub.

Ukrayna tərəfinin qələbəsi “Qazprom” şirkətinin məğlubiyyəti deyil

Məqalə müəllifi qeyd edir ki, ilk baxışda hər şey Ukrayna tərəfinin tam qələbəsi kimi görünür. Kiyev beş illik tranzit müqaviləsinə nail olub. Sənədi daha 10 il müddətinə uzatmaq mümkündür. Bundan başqa, “Qazprom” Stokholm Arbitraj Məhkəməsinin qərarına uyğun olaraq təxminən 3 milyard dollar ödəməlidir. Eyni zamanda “Şimal axını – 2” və “Türk axını” kəmərinin ikinci qolu istifadəyə verildikdən sonra tranzit rüsumu xeyli artmalıdır.

Qazprom”-un Kremlin siyasi silahı deyil, biznes yönlü, birjada qiymətləndirilən şirkət olduğunu nəzərə alsaq, bu paket sazişini müəssisənin məğlubiyyəti adlandırmaq doğru olmaz. Rusiyanın qaz nəhəngi ən azı beş il özünün ən vacib, ən rentabelli bazarına – AB bazarına böyük həcmdə tədarük həyata keçirmək üçün sınaqdan çıxmış kanal əldə edir, özü də əvvəldən razılaşdırılmış, bütün bu müddət ərzində dəyişməyən tranzit qiyməti ilə.

Ümumiyyətlə dənizin dibi ilə iki bahalı boru kəməri çəkmək lazım idimi?

Ukrayna tranzitinin davam etdirilməsi ilə bağlı əldə olunan razılaşma belə bir məsələni aktuallaşdırır: “Qazprom”-a 20 milyard dollara başa gələn bu bahalı boru kəmərlərini inşa etmək lazım idimi?

Donald Trampın atdığı imza ilə qüvvəyə minən Amerika sanksiyaları sayəsində dayanan “Şimal axını – 2” layihəsinin istifadəyə verilməsi uzandıqca, bu cür suallar daha kəskin hal almağa başlayacaq. Bir də gördün, NATO-da yaxşı təlim keçmiş türk əsgərləri Liviyada “Vaqner” qrupunun muzdlu döyüşçülərini güllələməyə başladılar. 

Belə olduğu təqdirdə, Moskva və Ankara arasında Suriya və Liviyada yeni münaqişə qızışa bilər. Onda rus qazı üçün Türkiyənin tranzit ölkə kimi məqsədəuyğunluğu getdikcə daha çox şübhə doğuracaq. (Tərcümə: xpressa.net)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar