Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağcabədi rayonunda uşaqlar üçün “Qış nağılı” Yeni il festivalı keçirilib

Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, şəhid və məcburi köçkün ailələrindən olan 150-dən çox uşaq iştirak edib...

PİA.az xəbər verir ki, tədbirdə GTM Qarabağ Regional Ofisinin rəhbəri və YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşları Vüsalə Məmmədova, Nurəddin Hacıyev, Ağcabədi Regional Mədəniyyət şöbəsinin müdiri Rza Quliyev, Ağcabədi rayon Təhsil şöbəsinin əməkdaşı Fehruz Rəfiyev, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin müdiri Məhsəti Ağayeva, Qarabağ qazisi, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin müdiri Tofiq Cəfərov, Yaqub Məmmədov adına Mədəniyyət evinin müdiri Odər Ağayev, 8 saylı körpələr evi-uşaq bağçasının müdiri Əsmər Şərifova, 6 saylı körpələr evi-uşaq bağçasının müəlliməsi Gülşən Quliyeva, 5 saylı tam orta məktəbin müəlliməsi Sevil Bayramova, Zeynəb Fərzəliyeva, Karyera və İnkişaf Mərkəzinin Ağcabədi rayon şöbəsinin rəhbəri Əli Əhmədov və könüllüləri, N saylı hərbi hissənin əsgər və zabitləri, Qarabağ qaziləri və veteranları iştirak edib.

N saylı hərbi hissənin orkestri tərəfindən Azərbayan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Radə Telmanqızı tədbiri giriş sözü ilə açaraq şənlik iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmişdir. Qeyd etmişdir ki, Azərbaycanın gələcəyi sabahın gəncləri hesab olunan bu günün fidan balalarının əlində olacaq. Ölkəmizdə uşaqlara qayğı Azərbaycan dövlətinin siyasətinin prioritet istiqamətlərindəndir. Yeni nəslin sağlam böyüməsi dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır, onlara xüsusi məhəbbət, diqqət və qayğı var. Uşaqların layiqli vətəndaş kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaradıb.

Digər çıxış edən qonaqlar da, Azərbaycanda uşaqlarla bağlı dövlət siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələrin bu gün də uğurla davam etdirildiyini Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımların xalqımızın övladlarının taleyində əhəmiyyətli rol oynadığını diqqətə çatdıraraq bayram təbriklərinə qoşulublar.

Daha sonra şaxta baba və qarqızın gəlişi uşaqlar tərəfindən böyük sevinclə qarşılanıb.

Şənliyin sonunda uşaqlara bayram hədiyyələri verildi.

pia.az


Etiket: Ağcabədi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar