Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dağlıq Qarabağ münaqişəsi milli birliyimizin daha da möhkəmləndirilməsini zəruri edir” – Fuad Muradov

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik edib...

Təbrikdə deyilir:

“Dəyərli həmvətənlər, əziz dostlar!

Milli birlik və doğma vətənə bağlılığı təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində hələ də həllini tapmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem olaraq milli birliyimizin daha da möhkəmləndirilməsini zəruri edir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyətimizin təbliği, milli birliyin möhkəm və davamlı olması naminə harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın, diaspor təşkilatının üzərinə mühüm vəzifələr düşür.

2019-ci il ərzində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, milli-mədəni irsin təbliği, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində 524 layihə və tədbir həyata keçirilmişdir.

Bu il daha 7 Koordinasiya Şurası təsis edilib. Beləliklə, hazırda 29 ölkəni təmsil edən ümumilikdə 11 Koordinasiya Şuraları fəaliyyət göstərir. Dövlət tərəfindən diaspor fəaliyyətinin dəstəklənməsi üçün “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilib, 4 ölkədə “Qarabağ” adlı Azərbaycan məktəbi fəaliyyətə başlayıb.

2019-cu ildə Almaniya, Macarıstan, İspaniya, İtaliya, Belçika, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilib. Azərbaycan Diasporuna Dəstək Fondun müəyyən etdiyi prioritet istiqamətlər üzrə 37 diaspor təşkilatının və 17 diaspor üzvünün layihəsi maliyyələşdirilmişdir.

Diaspor işinin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi, eləcə də diaspor təşkilatları və üzvləri ilə görüşlər zamanı müəyyənləşdirilmiş istiqamətlər üzrə fəaliyyətlər davam etdiriləcəkdir.

Əziz həmvətənlər, bir daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, yeni ildə sizə və ailələrinizə can sağlığı, xoşbəxtlik, doğma Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm”. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar