Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pompeo savaşı istisna etmədi: “Cavabımız ağır olacaq”

ABŞ Dövlət katibi Mayk Pompeo Amerika hərbi qüvvələrinin Hizbullah terror təşkilatının İraqın Kərkük bölgəsindəki mövqelərinə hava zərbələri endirməsinə münasibət bildirib....

PİA.az xəbər verir ki, dövlət katibi Hizbullaha vurulan zərbələri “İrana verilən qəti cavab” adlandırıb.

Pompeo bu hücuma qədər dəfələrlə bölgədə pozuculuq fəaliyyəti apardığını iddia etdiyi İrana xəbərdarlıq edildiyini vurğulayıb:

“Bu gün İraqda atdığımız addım Prezident Trampın aylardır dediyi kimi, İranın ABŞ əsgərinin həyatını təhlükə qarşısında qoyacağı halda, dəqiq cavab verəcəyimiz barədə nə qədər qərarlı olduğumuzu göstərir”.

Buna oxşar bir olayın yenidən təkrar baş verəcəyi təqdirdə, İranın özünə hərbi cavab veriləcəyini bildirən Pompeo ABŞ-ın regional maraqlarının qorunması çərçivəsində əlavə tədbirlər görəcəyini istisna etməyib.

Ötən ay ABŞ-ın İraqdakı hərbi bazasına silahlı hücum olub. Hücumdan sonra açıqlama yayan ABŞ hökuməti baş verənlərə görə İranı ittiham edib.

Dünən axşam saatlarında isə ABŞ hərbi qüvvələri Hizbullahın İraqdakı 5 mövqeyinə hava zərbələri endirib. Nəticədə Hizbullahın 19 hərbçisi həlak olub. (Teleqraf.com)

pia.az


Etiket: Pompeo İran ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar