Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kriştianu Ronaldo dünyanın ən yaxşısı seçilib

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) birgə təsis etdikləri “Globe Soccer Awards-2019”un qalibləri məlum olub...

Apasport.az saytının məlumatına görə, ən yaxşıların adları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan təltifetmə mərasimində açıqlanıb.

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo ən yaxşı futbolçu adına layiq görülüb. O, digər namizədlər Lionel Messi (Argentina, “Barselona”), Məhəmməd Salah (Misir, “Liverpul”) və Vircil van Deyki (Hollandiya, “Liverpul”) arxada qoyub.

Qadın futbolçular arasında ən yaxşı adına Lüsi Bronz (İngiltərə) layiq görülüb. O, Aleks Morqan və Meqan Rapino (hər ikisi ABŞ) və Amandin Anrini (Fransa) üstələyib.

“Liverpul” (İngiltərə) ən yaxşı klub adına yiyələnib. Premyer Liqa təmsilçisi “Ayaks” (Hollandiya) və qadınlardan ibarət “Lion”u (Fransa) qabaqlayıb.

İlin ən yaxşı məşqçisi Yurgen Klopp (“Liverpul”) seçilib. Almaniyalı əsas rəqibləri Fernandu Santuş (Portuqaliya) və Erik Ten Haqdan (“Ayaks”) üstün olub.

İlin kəşfi nominasiyasında Joao Feliş (“Atletiko”) qalib adına yiyələnib. Portuqaliyalı forvard digər namizədlər Ansu Fati (“Barselona”), Erlinq Holland (“Zalsburq”), Ceydon Sançodan (“Borussiya” D) öndə qərarlaşıb.

“Yuventus”un bosniya və herseqovinalı futbolçusu Miralem Pyaniç və Uels millisinin baş məşqçisi Rayan Giqqz karyeralarındakı nailiyyətlərə görə xüsusi mükafat alıb.

“Əl-Hilal” (Səudiyyə Ərəbistanı) ən yaxşı ərəb klubu, Abderrazak Xamdalla (Mərakeş) ən yaxşı ərəb futbolçu, Əşrəf Hakimi (Mərakeş) ən yaxşı gənc ərəb futbolçu adına yiyələnib.

Portuqaliyalı Jorje Mendeş ilin agenti, braziliyalı Alisson Bekker (“Liverpul”) ilin qapıçısı, “Mançester Siti” və SAP arasında partnyorluq ilin əməkdaşlığı, Stefani Frappart ilin hakimi, Andrea Berta (“Atletiko”) ilin idman direktoru adına layıq görülüb. Ən yaxşı akademiya adını isə “Ayaks” və “Benfika” qazanıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar