Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib...
PİA.az-ın xəbərinə görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Əliyev Samir Seyfulla oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, S. Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun texniki şöbəsinin əməkdaşıdır.
pia.az